Dünya futbolu
Braziliya millisindən dünya çempionatlarında ilk

Braziliya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, yığmanın baş məşqçisi Tite mundial üçün Qətərə gətirdiyi 26 futbolçunun hər birinə şans verib.
Bu komandanın qrup mərhələsində oynamayan futbolçuları da Cənubi Koreyaya qarşı keçirdikləri 1/8 final matçında iştirak edib. Bununla da “sambaçılar”ın 26 üzvü DÇ-2022-də meydana çıxıb. Bu, hələlik mundiallar tarixində ilk belə hadisədir.
Xatırladaq ki, Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gələn “pentakampeonlar” 1/4 finalda Xorvatiyaya rəqib olub.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib