Dünya futbolu
Braziliyada çempion bəlli oldu
Futbol üzrə Braziliya çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Palmeyros” mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
Sözügedən komanda A Seriyasının 35-ci turunun matçında “Fortaleza”ya 4:0 hesabıyla qalib gələrək qızıl medalları təmin edib.
35 turdan sonra “Palmeyras”ın 77 xalı var. Komanda ən yaxın izləyicisi “İnternasional”ı 13 xal qabaqlayır.
“Palmeyras” tarixində 11-ci (1960, 1967, 1967, 1969, 1972, 1973, 1993, 1994, 2016, 2018, 2022) dəfə Braziliya çempionu olub. Bu, rekord göstəricidir. Sözügedən klubun ən yaxın izləyiciləri 8 çempionluğu olan “Santos” və “Flamenqo” klublarıdır.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq