Lukas Paketa mərc oyunlarında iştirakına görə ömürlük cəza ilə üzləşə bilər.

İngiltərə Futbol Assosiasiyası futbolçunu mərclərdən pul qazanmaq üçün oyuna təsir etməkdə ittiham etmişdi. O, Premyer Liqada “Lester” (12 noyabr 2022), “Aston Villa” (12 mart 2023), “Lids” (21 may 2023) və “Bornmut” (12 avqust 2023) ilə matçlarda hərəkətlərinə görə 4 qanun pozuntusunda ittiham olunub.

“The Sun” nəşrinin məlumatına görə, FA futbolçunu ömürlük futboldan kənarlaşdırmaq istəyir. Mənbənin sözlərinə görə, təxminən 60 nəfərin bu matçların birində və ya hamısında Paketanın sarı vərəqə almasına pul qoyduğu  güman edilir. Mərclər 7 ilə 400 funt sterlinq arasında dəyişib, ümumi uduş 100 min funt sterlinq təşkil edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp