Bruno Gimarayeş gələcəyi haqda danışıb. Bir sıra nəhəng klubun transfer siyahısında olan braziliyalı yarımmüdafiəçi, yay boyunca taleyinin müəyyənləşəcəyini bildirib.

Futbolinfo.az xəbər verir ki, Bruno “Nyukasl”ın onu maliyyə çətinlikləri üzündən sata biləcəyi ehtimalından da danışıb: “Nyukasl”la müqaviləm var və burada çox xoşbəxtəm. Maliyyə feyr-pleyinə görə klub mənimlə yollarını ayırarsa, nə olacağını bilmirəm, amma mən burada qalmağın əleyhinə deyiləm”.

Braziliyalı işinin qiymətləndirilməsindən məmnundur: “Adımın böyük klublarla yanaşı çəkilməsi xoşdur. Bu, işimi yaxşı gördüyüm anlamına gəlir. Amma həyəcanlanmıram, çünki indiki klubumda hər şey ürəyimcədir. Nə olacağını birlikdə görəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp