Bizi izləyin

Ölkə futbolu

“Bu, bir başlanğıcdır” – Qurban Qurbanov

blank
blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” komandasına qarşı keçirdikləri cavab oyununu (5:1, ilk oyun 0:1) şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hamını qələbə münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlər nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq”.

50 yaşlı mütəxəssis ötən gecə yuxuda Aqil Abbası gördüyünü bildirib: “Görürəm ki, Şuşadayıq, dağın başında qarın içindədir. Deyir ki, şəhər istidir, bax gör, təpələr necə qarlıdır. Buradan ona salamlarımı çatdırıram”.

Qurbanovun sözlərinə görə, qarşıda komandasını daha ciddi sınaqlar gözləyir: “Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir”.

O, rəqib komandanın baş məşqçisi Con Van den Bromun hakim səhvləri ilə bağlı fikirlərinə də toxunub: “Hakimliklə bağlı danışılası əlavə nəsə yoxdur. Bizə qarşı da haqsızlıqlar olub. Bu cür fikir bildirməsi normaldır. Məğlub olanda belə şeylər baş verir. Onlara da uğurlar arzu edirəm”.

Mütəxəssis hər bir jurnalistə öz yaxını kimi baxdığını vurğulayıb: “Biri tənqid edir, biri tərifləyir. Onlar yenə də komandamın arxasındadır. Bu cür şeyləri normal qarşılayıram. Elçin müəlimin kövrəlməsi normaldır. Məndə də olur. Ümumiyyətlə, bu, futbola bağlı hər kəsdə baş verə bilər”.

Qurbanov Kadi Borgesi yersiz sarı vərəqə aldığı üçün əvvəl danladığını, sonra isə bağışladığını söyləyib: “Belə şeylərə çox həssas yanaşıram. Heç nədən sarı vərəqə almağı oyunçuya yaraşdırmıram. Buna görə hirsləndim. Amma eşidəndə ki, birinci “sarı”sıdır, fasilədə həm danladım, həm də bağışladım”.

O, 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”inə qarşı keçirəcəkləri görüşlərdən də söz açıb: “İlk oyundan elə hiss olunur ki, sanki Çempionlar Liqasının pley-offundayıq. İkinci rəqibimiz daha üstündür. Bugünkü atmosfer motivasiya baxımından yetərli olmaya bilər. Amma futbolçularım xeyli böyüyüblər, istənilən rəqibə qarşı motivasiya oluna bilirlər. Nadir hallarda problem olur. Elə rəqib olur ki, futbolçuları daha çox, bəzən isə nisbətən az motivasiya edirik. Bəzi rəqiblərin üstünə maksimum aqressiya ilə çıxmaq problem yaşada bilər”.

Baş məşqçi yeni oyunçu axtarışlarının davam etdiyini bildirib: “Əmin olduqdan sonra transfer etmək istəyirik. O qədər başımıza iş gəlib ki, son anda alınmayıb. Yenə də bunda xeyir görmüşük. Deyək ki, heyəti mütləq gücləndirməliyik, belə fikrimiz yoxdur. Müəyyən çatışmazlıq ola bilər. Amma futbolçuların işgüzarlığı inam verir. Nə qədər çox usta oyunçu olsa, hazırlıq daha yaxşı səviyyədə olur”.

Qurbanov 5-ci qoldan sonra Elçin Rəhmanovun kövrəlməsinin və ona sarılmasının sosial şəbəkələrdəki təzyiqlərlə bağlı olmadığını qeyd edib: “Dünən də demişdim ki, hər bir yazıya hörmətlə yanaşırıq. Bu cür şeyləri normal qarşılayıram. Elçin müəlimin kövrəlməsi normaldır. Məndə də olur. Ümumiyyətlə, bu, futbola bağlı hər kəsdə baş verə bilər. Tənqiddən də, tərifdən də hiss edirəm ki, onlar komandanın arxasındadır. Belə yazılara normal baxıram. Elçin müəllimin kövrəlməsinə gəlincə, mən də kövrəlirəm. Futbolda belə halların yaşanmaması mümkün deyil. Ətraf ölkələrə baxsaq, bizdən hələ heç nə yazılmır”.

O, rəqibin oyununu xeyli təhlil etdiklərini söyləyib: “Özlüyümdə 120 dəqiqəni də fikirləşmişdim. Düşüncəmdə əlavə 30 dəqiqədə bəzi dəyişikliklər var idi. Startda şanssız qol buraxdıq. Bəzən belə şeylərə sevinirəm. Futbolçularımın özlərini itirməməsi, yenidən oyuna qoşulması çox vacib amildir. Bu intizamı qorumaq çətindir. Yenə də eyni hücumları qurduq. 5-ci qoldan sonra mərhələ adlamağımıza şübhə etmədim. Gördüm ki, onlar da bir az həvəsdən düşüblər”.

Qurbanov Leandro Andradeni start heyətində meydana buraxmamasının səbəbini də açıqlayıb: “Evdə həm azarkeş təzyiqi, həm təcrübə olur. Andradenin oradakı oyunundan razı qalmışdım. Onun üstünlüklərindən gələcəkdə çox istifadə edəcəyik. Bu gün futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesab ola bilər. Əvvəllər bunu 2-3 komanda edirdisə, indi çox matçlarda belə olur. Futbol elmi daha da artıb. Məşqçilər, düşüncələr genişlənib. Bizim də 5-6 qol buraxdığımız oyunlar olub. Əlbəttə ki, sevinirik. Hər şey bir tərəfə, azarkeşlər üçün sevinirik ki, gəlib həzz aldılar.

Baş məşqçi polşalıların “Qarabağ”dan qisas almaq istəyinin komandasına motivasiya vermədiyini əlavə edib: “İnanın ki, belə deyil. Əvvəldən iki oyuna hazırlaşırdıq. Kim bilir, bundan sonra hansı rəqiblərlə düşəcəyik, nəticə necə olacaq. İnanmıram ki, hansısa komanda belə fikirlə hazırlaşsın”.

O, “Sürix”lə ilk görüşün Bakıda keçirilməsini komandası üçün üstünlük sayıb: “Futbolçuların daha çox istirahət etməsi üçün üstünlükdür. Həftəlik mübarizə olanda oyundan sonra futbolçuların bərpası önəmli olur”.

Qurbanov sonda zədəli Qara Qarayevin durumuna da toxunub: “Konkret fikir bildirmək çətindir. Sabah ikinci dəfə müayinədən keçəcək. Tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat vermək olacaq”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-01-25 00:49

Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi

blank
Dünya futbolu2024-01-25 00:31

La Liqa klubunda yeni baş məşqçi

blank
Ölkə futbolu2024-01-24 23:53

MOİK liderlə bacarmadı

blank
Ölkə futbolu2024-01-24 23:37

Qurbanov Xabi ilə görüşündən danışdı

blank
Dünya futbolu2024-01-24 23:27

“Fənərbaxça”dan çətin qələbə

blank
Digər idman növləri2024-01-24 23:15

“Xırdalan”dan sürpriz qələbə

blank
Dünya futbolu2024-01-24 23:00

“Mançester Yunayted”in hücumçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-01-24 22:41

“Atletiko” futbolçusunu icarəyə verdi

blank
Dünya futbolu2024-01-24 22:22

“Bayer” yeni hücumçu tapdı

blank
Dünya futbolu2024-01-24 22:00

Mutunun yeni klubu rəsmən açıqlandı

blank
Dünya futbolu2024-01-24 21:41

Daha 4 fanata ömürlük cəza

blank
Ölkə futbolu2024-01-24 21:25

Qurban Qurbanov Xabi Alonso ilə görüşdü – FOTOLAR

blank
Dünya futbolu2024-01-24 21:04

Millinin baş məşqçisi istefaya göndərildi

blank
Ölkə futbolu2024-01-24 20:51

“Turan Tovuz” ayrılığı rəsmən açıqladı

blank
Digər idman növləri2024-01-24 20:43

Ağcabədidə xatirə turniri

blank
Digər idman növləri2024-01-24 20:35

Millinin baş məşqçisi Macarıstanda baş tutan seminarı dəyərləndirdi

blank
Digər idman növləri2024-01-24 20:00

Azərbaycan çempionatının vaxtı müəyyənləşdi

blank
Dünya futbolu2024-01-24 19:00

Kinə daha bir müştəri

blank
Dünya futbolu2024-01-24 18:40

Paytaxt klubu milli üzvü ilə gücləndi

blank
Ölkə futbolu2024-01-24 18:20

Qurban Qurbanov Xabi Alonso ilə görüş üçün Almaniyaya getdi

blank
Ölkə futbolu2024-01-24 18:00

“Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar”

blank
Digər2024-01-24 17:39

Yeni “Poz-Qazan” oyunu “Bombardir”lə qol vur, 50 000 AZN qazan

blank
Digər idman növləri2024-01-24 17:21

Azərbaycan atleti ölkə rekordunu yenilədi

blank
Digər idman növləri2024-01-24 17:00

Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı müzakirə olunub

blank
Ölkə futbolu2024-01-24 16:46

Bakıda UEFA-nın məşqçi kursunun I modulu başlayıb

blank
Ölkə futbolu2024-01-24 16:30

Növbəti Polşa səyyahı: Rahilin komandasının Avropada ən böyük uğuru “Kəpəz”i məğlub etməsidir

blank
Əvəzedicilər2024-01-24 16:14

Əvəzedicilərin yarışında bir oyun təxirə salındı

blank
Ölkə futbolu2024-01-24 15:41

“Hədəfimiz Super Liqadır” – Ramil Şeydayev

blank
Ölkə futbolu2024-01-24 15:23

“Qarabağ”ın futbolçusu Rusiya klublarının diqqətində

blank
Digər idman növləri2024-01-24 15:07

Kanadada 263 saatlıq hokkey oyunu

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm