Bizi izləyin

Ölkə futbolu

“Bu, bizi aldada bilər” – Qurban Qurbanov

blank
blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrə çempionu “Sürix”ə qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sürix”lə oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin matçlarını təhlil etmişik. Onların son çempionat oyunundakı hesabı bizi aldada bilər. Yaxşı komandaya qarşı oynayacağıq. “Sürix” fərqli sistemlə çıxış edir. 90 dəqiqə meydanda diqqətli olmalıyıq. Rəqibi tam yaxından tanımırıq. Oyunun gedişində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı mübarizə aparacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialından xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq”.

Qurbanov rəqibin baş məşqçisi Franko Fodanın təcrübəli mütəxəssis olduğunu söyləyib: “O, uzun müddət Avstriya millisinə rəhbərlik edib. Avrokubok oyunları üçün böyük təcrübəyə malikdir. Hiss olunur ki, öz sistemlərindən əl çəkmir. Yeni baş məşqçi həm 4-lü, həm də 5-li müdafiə sistemində çıxış edir. Avropada gedən oyunçuların yerini doldurmaqda çətinlik çəkmirlər. Aparıcı oyunçuları getməsəydi belə, onlara qarşı inamla çıxış edəcəkdik. Bizdə onlara rahatlıqla qalib gələcəyik düşüncəsi yoxdur. Yeni baş məşqçi bəlkə onları daha da stimullaşdırıb. Əsas qol silahları komandadan ayrılsa da, hücum potensialları böyükdür”.

Baş məşqçi braziliyalı yeni transfer Julio Romao haqqında da danışıb: “Onun vəziyyətinə bir gün baxa bildik. Bunadək Marko Yankoviçi də transfer etmişdik. Əlavə bəzi mövqeləri də gücləndirməyə ehtiyac var. Gətirdiyimiz oyunçuya desək ki, Patrik Andrade kimi oynamalısan, ondansa gətirməmək yaxşıdır. Romao fərqli futbolçudur. Onun üstün cəhətlərindən yararlanmağa çalışacağıq. Bura gələn futbolçunun ustalıq səviyyəsini daha da yaxşılaşdırmağa çalışırıq. Avropadan gəlməsinə baxmayaraq, Çempionlar Liqası təcrübəsi tam başqadır. Bu turnirə uyğunlaşmaq o qədər də asan deyil”.

Təcrübəli mütəxəssis komandada arxayınlığın olmayacağını sözlərinə əlavə edib: “Çempionlar Liqasının nə dərəcədə ciddi olduğunu bilirik. Bu, bütün turnirlərdən fərqlənir. Həm gərginlik, həm fiziki, həm psixoloji yorğunluq olur. Çox istərdim ki, futbolçularım sabah əvvəlki oyunda daha yaxşısını sərgiləsinlər”.

Qurbanov sabahkı qarşılaşma üçün biletlərin əksəriyyətinin satılmasına da münasibət bildirib: “Bu, azarkeşlərin bizə olan inamını göstərir. Üstünlüyümüz odur ki, Bakıda, dogma azarkeşlərimiz qarşısında oynayacağıq. Həddindən artıq motivasiya futbolçuya pis təsir edə bilər. Ən böyük narahatlığım da budur. Sabahkı görüşdə şansları bərabər sayıram. Futbolçu azarkeş, kütlə qarşısında böyüyür. Çünki daha istəkli, bacarıqlı, məsuliyyətli olur. İstərdim ki, çempionat oyunlarımızda da çoxlu fanatlar olsun. Kütlə qarşısında oynamaq futbolçunun məşqlərə, oyunlara yanaşmasını ciddiləşdirir. Bizim azarkeşlərimiz bir nömrədir. Ötən matçda da bunun şahidi olduq. Hətta məğlub olsaq belə, çalışacağıq ki, azarkeşlərimiz o mübarizəni, istəyi görsünlər, razı getsinlər”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm