AÇ-2024
“Bu formatın bir daha tətbiq olunacağını düşünmürəm” – Çeferin
UEFA prezidenti Aleksander Çeferin açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, sloveniyalı funksioner, bir daha Avropa çempionatının fərqli ölkələrdə keçirilməsi fikrini dəstəkləməyəcəyini deyib:
“Bəzi komandaların 10 mindən çox, bəzilərinin də sadəcə min kilometr yol qət etməsi düzgün deyil. Daha bu fikirlərə dəstək verməyəcəm.
Bu vəziyyət asan deyil. Azarkeşlər üçün də ədalətli şərtlər olmadır. Bir oyun üçün Romaya, bir oyun üçün Bakıya getmək məcburiyyətində qaldılar. İki şəhər arasında 4,5 saatlıq yol var. Format qəribədir, ancaq bir daha tətbiq olunacağını düşünmürəm”.
AÇ-2020 11 fərqli ölkədə keçirilib. Sabah Londonda turnirin final matçı olacaq. Həlledici görüşdə İngiltərə və İtaliya milli komandaları üz-üzə gələcək.
AÇ-2020-nin 4 oyunu da Azərbaycanda keçirilib. Bakı Olimpiya Stadionu A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2) və İsveçrə – Türkiyə (3:1) oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) matçına ev sahibliyi edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…