Dünya futbolu
“Lester Siti” Moskvada qələbəyə sevindi

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun daha bir oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, Moskva “Spartak”ı doğma meydanda “Lester Siti” ilə üz-üzə gəlib. Bol qollu qarşılaşmanın sonunda sevinən İngiltərə təmsilçisi olub.
Bu qrupun digər oyunu sabah “Napoli” (İtaliya) ilə Polşa “Legiya”sı arasında baş tutacaq. Hansı ki, Polşa təmsilçisində Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.
Avropa Liqası
C qrupu
20 oktyabr
“Spartak” (Moskva, Rusiya) – “Lester Siti” (İngiltərə) 3:4
Qol: Sobolyov, 11; 86. Larsson, 44 – Daka, 45; 48; 54; 79.
Xal durumu: Legiya – 6, Lester Siti – 4, Spartak – 3, Napoli – 1.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı