Dünya futbolu
Bundesliqa klubunda yeni müdafiəçi
Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşa əsilli fransalı müdafiəçi Timote Kolodzeyçakı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı futbolçu “Şalke” ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.
Kolodzeyçakın sonuncu iş yeri “Sent Etyen” olub. O, Liqa 1 təmsilçisindən bu yay azad agent kimi ayrılmışdı. Mərkəz müdafiəçisi Lion “Olimpik”i, “Nitsa”, “Sevilya”, “Borussiya” (Mönhenqladbax) və “Tiqres UANL” komandalarında da forma geyinib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”