Dünya futbolu
Bundesliqa klubundan daha bir transfer
Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Niderlandın “Qroningen” klubunun yarımmüdafiəçisi Aydin Hrustiçi transfer edib.
Bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
2014-cü ildən “Qroningen”in sıralarında olan Hrustiç son üç mövsümü bu klubun əsas komandasında keçirib. Bosniya əsilli futbolçu həm də Avstraliya yığmasının üzvüdür.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq