Dünya futbolu
Bundesliqa klubundan yeni transfer

Almaniyanın “Verder” klubu heyətinə yeni mövsüm üçün yeni futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşa millisinin və Düsseldorf “Fortuna”sının hücumçusu Davit Kovnatskini transfer edib.
26 yaşlı futbolçu ikinci Bundesliqa klubu ilə müqaviləsinin müddəti 30 iyunda bitən kimi “Verder”ə azad agent kimi qoşulacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kovnatski 2019-cu ildən formasını geyindiyi Düsseldorf “Fortuna”sında 101 oyuna 26 qol vurub. O, Polşa millisində də 7 matça çıxıb və 1 qola imza atıb.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”