Dünya futbolu
Bundesliqa matçı təxirə salındı
Futbol üzrə Almaniya Bundesliqasının 24-cü turunun “Verder” – “Ayntraxt” oyunu təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Verder”in mətbuat xidməti məlumat yayıb.
Görüşün dəqiq nə vaxt keçiriləcəyi bilinmir. Amma matç 33-cü (9 may) və 34-cü (16 may) aralığında baş tutacaq.
Qeyd edək ki, bu matçın təxirə salınmasına “Ayntraxt”ın “Zalsburq”la (Avstriya) Avroliqa matçının nəzərdə tutulan vaxtda keçirilməməsi səbəb olub. 1/16 final mərhələsinin bu qarşılaşması fevralın 27-də keçirilməli olsa da, güclü külək səbəbindən bir gün sonra baş tutmuşdu.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var