Dünya futbolu
Bundestimdə islahatlar başladı – Birhoff getdi

Almaniya yığmasında islahatlar başladı. Bundestimin Qətərdəki Dünya Çempionatında uğursuz çıxışı bunu labüd edib.
Futbolinfo.az xəbər verir ki, milli komandanın qrupda qalması Almaniya Futbol İttifaqının rəhbəliyinin qəzəbinə səbəb olub. Bu səbəbdən ilk olaraq Oliver Birhoffla müqaviləyə xitam verilib. Sabiq hücumçu 2004-cü ildən çalışdığı postdan – millinin idman direktoru vəzifəsindən ayrılıb.
Qarşıdakı aylarda Almaniya yığmasının baş məşqçisi də dəyişə bilər. Hans-Diter Flikin istefaya göndəriləcəyi gözlənilir. Onu əvəzləməyə əsas namizəd hazırda işsiz olan Tomas Tuheldir. Lakin Almaniya Futbol İttifaqı “Liverpul”da açalışan Yürgen Kloppun xidmətində daha çox maraqlıdır.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi