Dünya futbolu
Bundestimdə nələr baş verib?
Almaniya yığmasının Dünya Çempionatındakı uğursuzluğunun gizli səbəbləri aşkara çıxır. Sən demə, Bundestim düşərgəsində olaylar baş verirmiş.
Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, problemlər Yaponiya ilə matçöncəsi başlayıb. “One Love” LGBT sarğısı ilə bağlı futbolçular arasında mübahisə olub, Manuel Noyer və Leon Qoretska oyunöncəsi foto törənində ağzıqapalı dayanmağın vacibliyini vurğulayıb, hamının bu aksiyaya qoşulması üçün israr ediblər. Digər oyunçular siyasi aksiyaya qatılmaq istəmədiklərini bildiriblər və gərginlik yaranıb.
Oyunun gedişində futbolçuların bir çoxu baş məşqçi Hans-Diter Flikin qərarlarını bəyənmədiyini açıq bildirib. Xüsusilə İlkay Gündoğanın Qoretska ilə əvəzlənməsi problem yaradıb. Aparıcı futbolçular bu dəyişikliyin komandanın oyununa pis təsir etdiyi qənaətində olub.
Mark-Andre ter Ştegen və Kay Haverts də vəziyyəti gərginləşdirib. Onlar klublarındakı çıxışlarına görə ehtiyatda qalmağa layiq olmadıqlarını bildirərək etiraz ediblər. Həm məşqçi, həm də bəzi futbolçularla sözlü atışmalar olub.
Almaniya Futbol İttifaqında bu problemlərdən xəbərdardılar. Olanlara rəğmən, Flikin postunda qalacağı açıqlandı, amma yığma komandaya məsul şəxs olan Oliver Birhoff postundan qovuldu. Daha nələrin dəyişəcəyini, hansı futbolçuların cəzalandırılacağını zamanla görəcəyik.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi