Premyer-liqa
“Buraxdığımız qol bizim üçün siqnal olmalıdır”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 5-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. “Kəpəz” doğma meydanda yaxşı oynayır. Bu komandanın “Turan Tovuz” və “Neftçi” ilə oyunlarını izləmişdik və müəyyən nəticələr çıxarmışdıq. Çalışdıq ki, istədiyimizi birinci hissədə icra edək. Buna nail olduq, qol epizodlarından maksimum yararlandıq. İkinci hissədə sığortalı oynadıq. Uşaqlar yaxşı mübarizə apardılar. Buraxdığımız qol bizim üçün siqnal olmalıdır. Müdafiədə boşluqlar buraxdıq. Bunun üzərində işləməliyik”.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Ölkə futbolu2023-12-02 14:55
Tovuzlular Məsiyevin təyinatından narazıdır: “6000 əsəbi azarkeşin qarşısını almaq asan olmayacaq”