Digər
Cəbhədən xəbər: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
İyulun 22-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.