Bizi izləyin

Müsahibə

Cəlal Hüseynov: “Rəqiblər oyunumuzu analiz etdilər”

blank
blank

“Şamaxı”nın müdafiəçisi Cəlal Hüseynovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı” turnir cədvəlinin son pilləsindədir. Səncə, Premyer Liqadakı mövqeyinizi qoruya biləcəksiz?

– İstəməzdik ki, bu cür olsun. Son pilləyə yuvarlanmaq planlara daxil deyildi. Təbii ki, sona qədər mübarizə aparacağıq. Arzumuz budur ki, tam gücümüzü toplayıb Premyer Liqada qalaq.

– Son matçda “Neftçi” ilə heç-heçə etdiniz. Bu, sizə qarşıdakı iki oyun üçün motivasiya olacaqmı?

– Motivasiya deməzdim, biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibləri ayırmırıq. “Neftçi” ilə matç da onlardan biri idi. Çalışdıq, xal qazandıq. Qarşıdakı iki matçda da bunu etməyə çalışacağıq.

– “Şamaxı” 4-cü dövrənin əvvəlinə qədər yaxşı çıxış edirdi. Sonra nə baş verdi ki, yüksəlişi qoruya bilmədiniz?

– Bilirsiz ki, gənclərdən qurulmuş komandayıq. Futbolda belə hallar olur. Bəzi təcrübəli futbolçular olsa da, Premyer Liqada güclü, heyətində legioner olan komandalara qarşı oynayırıq. Elə matçlarımız olub ki, çox yaxşı oynamışıq. Mübarizə aparırıq, davam edir. 4-cü dövrənin əvvəlinə qədər çox yaxşı idik, amma sonradan rəqiblər oyunumuzu analiz etdilər, “tutdular”.

– Son turda “Səbail”lə üz-üzə gələcəksiz. Düşünürsən ki, o həlledici matç olacaq?

– Sona 2 tur qalıb və maksimumu etməyə çalışacağıq. Ola bilər ki, Premyer Liqada qalmaq üçün hər şey son turda aydın olsun, elə ola bilər ki, heç ovaxta qalmasın. Yenə də hazırlaşacağıq. Ən yaxşısını etməyə hazırıq. İstər “Qəbələ”, istər “Səbail” ilə oyunda qalib gəlməyə çalışacağıq.

– Mövsüm sona çatır sən də icarə əsasında “Şamaxı”dasan. “Zirə”yə qayıdacaqsan?

– Açığı, bu barədə heç bir şey düşünməmişik. Mövsüm bitməyib, burada başa çatmamış missiyam var. Ondan sonra düşünəcəyik. Bütün fikrim “Şamaxı” ilədir.

– Sənə xaricdən təkliflər olduğu deyilir. Doğrudurmu?

– Bəli, var. Ən böyük istəyim xaricdə oynamaq, legioner həyatı yaşamaqdır. Maraq göstərən klublar olsa da, ciddi, real yanaşma yoxdur. Təklif ciddi olsa da, hər şeyi analiz edəcəyik. Təkcə bir addımı yox, növbətisini də düşünəcəyik. Çünki perspektivə, gələcəyə baxmaq lazımdır. Bu dəqiqə mənim inkişaf dövrümdür, elə yerə getməliyəm ki, daha yaxşı gələ bilim.

– Portuqaliyadan “Benfika” söhbəti var idi. O necə oldu?

– Belə bir maraq var idi. 2 il bundan öncə. Sonra pandemiya düşdü, gedə bilmədim. Mənə dedilər ki, səni izləyəcəyik. Ondan sonra bir xəbər yoxdur.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Dünya futbolu2024-04-20 00:04

“Beşiktaş”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm