Digər idman növləri
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalda!
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda bu gün növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalın cavab qarşılaşması çərçivəsində Bakı Voleybol Mərkəzində Avstriyanın “Qrats” kollektivi ilə üz-üzə gəlib.
Matç təmsilçimizin 3:0 (25:13, 25:12, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, hər iki görüşdə rəqibini “quru hesab”la yenən Azərbaycan çempionu adını növbəti mərhələyə yazdırıb.
Komandamız 1/8 finalda “Stroosen” (Lüksemburq) – “Orion” (Niderland) cütündə üstün olan tərəflə münasibətləri aydınlaşdıracaq. Sözügedən komandalar arasında ilk matç bu gün, cavab qarşılaşması isə noyabrın 16-da keçiriləcək.
Xatırladaq ki, 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varajdin” komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib – 3:0 və 3:1.
- Premyer-liqa2024-01-24 00:19
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 17:48
UEFA “Qarabağ”a 1,5 milyon avro ayırdı
- Müsahibə2024-01-24 09:48
Diniyev avrokuboka vəsiqə istəyir: “Yəqin hansısa nüans var ki, penalti təyin edilməyib”
- Ölkə futbolu2024-01-25 09:07
“Neftçi”dən “Adana Dəmirspor”a?