Dünya futbolu
Caka Almaniyaya qayıdır
Bukayo Saka ilə yeni müqavilə bağlamağa hazırlaşan “Arsenal”, başqa bir aparıcı oyunçusunu itirəcək. Londonlular mövsüm bitən kmi Qranit Caka ilə vidalaşacaq.
Futbolinfo.az xəbər verir ki, ayrılıq qərarı İsveçrə yığmasının üzvünə aiddir. O, özünü başqa klubda sınamaq niyyətindədir. Yarımmüdafiəçi ümumiyyətlə, İngiltərəni tərk etmək fukrinə düşüb. Caka Dortmund “Borussiya”sə və “Bayer”dən aldığı təkliflərdən birini dəyərləndirmək niyyətindədir. Qranit “Arsenal”ın yarımmüdafiə xəttini yeniləmək istəməsi üzündən belə qərar verib və ehtiyatda qalmaq istəmir.
“Bazel” yetirməsi olan 30 yaşlı futbolçu əvvəllər Almaniyada oynayıb. O, 2012-ci ildə ölkəsini tərk edərək 8,5 milyon avro qarşılığında Münhenqladbax “Borussiya”sına transfer olunmuşdu. Bundesliqada 4 illik macəradan sonra Caka 45 milyon avroya 7 il keçirəcəyi “Arsenal”a gəlmişdi. “Topçular”ın bir illik müqaviləsi qalan yarımmüdafiəçini neçəyə satacağı maraqla gözlənilir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”