Dünya futbolu
Çaloba yeni müqavilə imzaladı, Ziyeş isə…

Trevoh Çaloba “Çelsi”də qalacaq. O, londonlularla mövcud müqaviləsini 2028-ci ilə kimi uzatdı. Klub istəyərsə, anlaşma avtomatik olaraq, daha bir il artırılacaq.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi yeni müqavilədən məmnundu: “Klubumun qalmağımda israrlı olması məni məmnun etdi. Hisslərimi ifadə edə bilmirəm. “Çelsi” üçün hər şeyimi verməyə hazıram.
“Zadəganlar”ın digər üzvü ilə bağlı vəziyyət isə fərqlidi. Mərakeş yığmasının üzvü olan Hakim Ziyeş taleyinin necə olacağını bilmir. 2025-ci ilin yayına kimi müqaviləsi olan futbolçu əsas heyətə düşməməsindən narazıdı və qışda klubu tərk etmək istəyir. “Çelsi” onunla maraqlanan klublara danışıqlar aparmağa hazırdı.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib