Dünya futbolu
CAS federasiya prezidentinin şikayətini təmin etmədi
İdman Arbitraj Məhkəməsi (CAS) Əfqanıstan Futbol Federasiyasının sabiq prezidenti Kəraməddin Kərimin apellyasiya şikayətinə baxıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS qadınlardan ibarət yerli yığmanın üzvlərinə fiziki və cinsi təcavüzdə ittiham olunan və bu səbəbdən futboldan ömürlük kənarlaşdırılan funksionerin şikayətini təmin etməyib.
Kərimlə bağlı qərar qüvvədə saxlanılıb. FIFA buna görə CAS-a təşəkkür edib.
Qeyd edək ki, Kəraməddin Kərim 2019-cu ilin dekabrında ali futbol qurumunun qərarı ilə cəzalandırılmışdı.

- Premyer-liqa2023-09-22 12:35
Klublarımızın yay bazarlığı – YENİLƏNİB
- Ölkə futbolu2023-09-21 10:00
Bilet satan AGİN: hər oyunda “Qarabağ”ın 80 min manatı əlindən alınır
- Ölkə futbolu2023-09-21 08:00
“Qarabağ” Avroliqanın qrup mərhələsində ilk matça çıxır
- Ölkə futbolu2023-09-21 11:04
Regekampf istefa verdi: xələfi yenə Mutu ola bilər