I Liqa
CAS Nurlan İbrahimovla bağlı qərarın tarixini yenidən dəyişdi
İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev sosial şəbəkə hesabında yazıb.
O, CAS-ın müraciət üzrə cavabı iyulun 7-dək uzatdığını bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı “Facebook” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu tarix artıq neçənci dəfədir dəyişdirilir.
- Ölkə futbolu2024-01-31 09:52
Veşoviç “Braqa”ilə cavab matçında oynaya biləcək
- Ölkə futbolu2024-01-31 10:27
“Səbail”ə yardım etdi, mövsümün sonunadək cəzalandı
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”