Digər – Futbolinfo.az

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb
İranın idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb.

Futbolinfo.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad edib, daha sonra Şəhidlər Xiyabanına və Zəfər abidəsinə gələrək qəhrəman övladlarımızın xatirəsini hörmətlə anıblar.

Bundan başqa, gənclər və idman naziri Fərid Qayıbov İranın idman və gənclər naziri Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə tərəflər arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Görüşün yekununda “Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə İranın İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində nazir Əhməd Dünya Mali və nümayəndə heyəti Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq.

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayı ilə tanış olub
Azərbaycanda səfərdə olan İranın idman və gənclər naziri Əhməd Dünya Mali Bakı Su İdman Sarayı ilə tanış olub.

Futbolinfo.az xəbər verir ki, səfər çərçivəsində iranlı nazirə idman qurğusunun fəaliyyəti, infrastruktur imkanları və burada təşkil olunan yarışlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, müasir tələblərə cavab verən kompleks müxtəlif su idman növləri üzrə beynəlxalq və yerli yarışların keçirilməsi üçün əlverişli şəraitə malikdir.

Qonağa həmçinin obyektin texniki göstəriciləri, eləcə də idmançıların hazırlığı üçün yaradılan imkanlar təqdim olunub.

Media və Yayım Şurası yaradıldı – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklər təsdiqlənib.

Futbolinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə Qanunu imzalayıb.

Qanuna əsasən, vahid qurumun – Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

Dövlət başçısının müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu da təsdiqlənib. Beləliklə, qurum Media və Yayım Şurasının Aparatından (şöbələr və sektorlar) ibarət olacaq.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yaradılan Media və Yayım Şurası Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı sayılır.

Quruma verilən hüquq və vəzifələr aşağıdakı kimidir:

– media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;

– dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;

– jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;

– əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;

– audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;

– cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;

– media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;

– bu Qanunun 47.1.9-3-cü, 47.1.9-5-ci və 47.1.9-7-ci maddələrində nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;

– media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;

– dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;

– dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;

– media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;

– informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;

– mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;

– media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;

– Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

– Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək.

– xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

– media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;

– “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş vermək;

– fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;

– fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;”;

– istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

– səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

– “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;

– strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.

Qanuna əsasən, Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın qərarı qəbul edilərkən səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir.

Müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Şuranın Aparatının strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edir.

Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

Fərid Qayıbov Kayrat Sarıbay ilə gənclər sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində keçirilən “Phygital Sports Summit Astana 2026” beynəlxalq idman sammitində iştirak edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, nazir sammit çərçivəsində “Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik” mövzusunda sessiyada çıxış edib. Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izləyiblər.

Fərid Qayıbov səfər çərçivəsində Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov, eləcə də Özbəkistanın idman naziri Ədhəm İkramovla ikitərəfli görüşlər keçirib.

Nazir həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Katibliyini ziyarət edib, Baş katib Kayrat Sarıbay ilə görüşərək gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.

“Neftçi” İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim etdi
“Neftçi” İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.

Futbolinfo.az xəbər verir ki, klubun yeni emblemi ənənəvi ağ-qara rənglərdə hazırlanıb.

Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları təsvir olunub. Emblemin yuxarı hissəsində “Neftçi” İdman Klubunun adı, aşağı hissəsində isə klubun yaranma tarixi olan “1937” əksini tapıb.

Klubdan bildirilib ki, yeni loqo “Neftçi”nin tarixi irsini qorumaqla yanaşı, müasir vizual kimliyini də özündə əks etdirir.

MPK ilə “Neftçi” İK arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) və “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbərliyi arasında işgüzar görüş keçirilib.

Futbolinfo.az xəbər verir ki, toplantı zamanı gələcəkdə birgə layihələrin və idman tədbirlərinin təşkili, “Neftçi” İdman Klubunu beynəlxalq yarışlarda təmsil edən paralimpiyaçılara dəstəyin gücləndirilməsi, paraidman növlərinin təbliği, eləcə də yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə, “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Fərəc Əliyev və İdmanın İnkişafı Departamentinin rəisi Emil Kərimov iştirak ediblər.

AMADA təlim proqramının iştirakçılarına sertifikat payladı
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) regionda ilk dəfə təşkil etdiyi “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikatların təqdimetmə mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, tədbirdə çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə proqramı müvəffəqiyyətlə tamamlayan iştirakçıları təbrik edərək, onların gələcəkdə təmiz idman dəyərlərinin təşviqində və antidopinq biliklərinin yayılmasında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.

1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlara hazırlıq məqsədilə təşkil olunan proqramı uğurla başa vuran 24 iştirakçıya sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən iştirakçılar proqramın məzmununu yüksək qiymətləndirərək, əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm əhəmiyyət daşıyacağını bildiriblər. Onlar təşəbbüsə görə AMADA rəhbərliyinə və işçi heyətinə təşəkkürlərini ifadə edərək, antidopinq sahəsində maarifləndirmə işinə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.

Xatırladaq ki, təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə AMADA tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək. Sertifikatlı təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün illik resertifikasiya mexanizmi tətbiq olunacaq.

MOK nümayəndəsi IWG Qlobal Sammitində iştirak edib
Milli Olimpiya Komitəsinin (MOK) nümayəndəsi Günay Əsgərova Böyük Britaniyanın Birmingem şəhərində IWG Qlobal Sammitində iştirak edib.

Futbolinfo.az xəbər verir ki, G.Əsgərova panel sessiyalarında və görüşlərdə iştirak edərək qadın liderliyi, gender bərabərliyi və beynəlxalq əməkdaşlıq imkanlarına dair müzakirələrə qoşulub.

Sammit 1200-dən çox nümayəndəni bir araya gətirərək daha inklüziv və bərabər idman mühitinin formalaşdırılması istiqamətində qlobal dialoqa töhfə verib.

IWG Qlobal Sammiti idmanda qadınlar və qızlar üçün gender bərabərliyinin təşviqi istiqamətində mühüm beynəlxalq platformadır.

“Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
“Azərlotereya” ASC-nin “Media Club” layihəsi çərçivəsində 22 iyul – Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında “FC 26” çempionatı və futbol viktorinası təşkil olunub.

Futbolinfo.az xəbər verir ki, 40-a yaxın media nümayəndəsinin iştirak etdiyi proqramda öncə püşkatma mərhələsi keçirilib, daha sonra jurnalistlər “PlayStation” platformasında “FC 26” futbol çempionatında yarışıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda birinci yerin qalibi “Fanat.az” saytının müxbiri Kamil Xudiyev, ikinci yerin sahibi “Apasport.az” saytının baş redaktoru Rasim Sultanzadə, üçüncü yerdə isə “Sportnet.az” saytının müxbiri Həşim Məmmədov olub.

Futbolun tarixi, dünya çempionatları, rekordlar və maraqlı faktlara dair sualların yer aldığı viktorinada “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev və “Fanat.az” saytının müxbiri Kamil Xudiyev qalib olublar. Qaliblərə müxtəlif pul mükafatları və hədiyyələr təqdim edilib.

Tədbir şam yeməyi və futbol üzrə dünya çempionatının yarımfinal qarşılaşmasının birgə izlənilməsi ilə davam edib.

“Azərlotereya”nın “Media Club” layihəsi çərçivəsində mütəmadi olaraq müxtəlif formatlı idman, intellektual və əyləncəli tədbirlər keçirilir. Əsas məqsəd media nümayəndələri arasında ünsiyyəti gücləndirmək, onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə töhfə verməkdir.

Azərbaycanın 2027-ci il üçün Milli Antidopinq Qaydaları layihəsi WADA ilə razılaşdırılıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən hazırlanmış 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsi Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə razılaşdırılıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan, yeni Ümumdünya Antidopinq Məcəlləsinə uyğun milli qaydaları hazırlayan ilk ölkələr sırasında yer alaraq bu sahədə qabaqcıl mövqeyini bir daha nümayiş etdirib.

Yeni qaydalar 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsinə uyğun hazırlanıb və 1 yanvar 2027-ci il tarixindən etibarən tətbiq olunacaq.

2027-ci il qaydaları antidopinq sahəsində bir sıra mühüm yenilikləri özündə ehtiva edir. Əsas dəyişikliklərdən biri antidopinq qayda pozuntularına münasibətdə tətbiq edilən diskvalifikasiya müddətləri ilə bağlıdır. Belə ki, nümunəsində qadağan edilmiş maddə aşkar edilmiş idmançı həmin maddənin orqanizminə necə daxil olduğunu və onun idman nəticələrinin artırılmasına təsir göstərmədiyini sübut edə bildiyi hallarda, əvvəlki qaydalarla müqayisədə daha aşağı həddə sanksiyanın tətbiqi mümkün olacaq.

Bununla yanaşı, törətdiyi antidopinq qayda pozuntusunu qəbul edən və AMADA tərəfindən təklif olunan hüquqi nəticələrlə razılaşan idmançılar üçün də yeni güzəşt mexanizmi nəzərdə tutulub. Belə hallarda tətbiq ediləcək diskvalifikasiya müddətinin 25 faizinin azaldılması mümkün olacaq.

Yeni qaydalar, həmçinin antidopinq qayda pozuntularının, inzibati xətaların və ya cinayət əməllərinin aşkar edilməsində AMADA ilə səmərəli əməkdaşlıq edən şəxslər üçün də güzəştlər müəyyən edir. Müəyyən edilmiş şərtlər daxilində belə şəxslərə tətbiq olunan sanksiyaların dörddə üç (3/4) hissəsindən çox olmamaq şərti ilə azaldılması mümkün olacaq.

Əhəmiyyətli yeniliklərdən biri də odur ki, antidopinq qayda pozuntusu törədən şəxslərə münasibətdə artıq yalnız diskvalifikasiya deyil, eyni zamanda maliyyə xarakterli sanksiyaların tətbiqi də nəzərdə tutulur.

Bundan əlavə, yeni qaydalarla milli idman federasiyalarının dopinqlə mübarizə sahəsində öhdəlikləri daha da gücləndirilib. Bu öhdəliklərin yerinə yetirilməməsi hallarında federasiyalara müxtəlif növ sanksiyaların tətbiqi nəzərdə tutulur.

Qaydaların tam mətni yaxın günlərdə idman ictimaiyyətinə təqdim olunacaq.