Ölkə kuboku – Futbolinfo.az

AFFA “Zirə”ni cərimələdi
AFFA İntizam Komitəsi “Zirə” klubunu cərimələyib.

Futbolinfo.az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib.

“Qartallar”ın 5 futbolçusu “Sabah”a qarşı Azərbaycan Kubokunun final matçında sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə olunub.

Keyfiyyət fərqi
“Sabah” mövsümün ən güclü komandası olduğunu dünən bir daha sübuta yetirdi. “Bayquşlar” kubokun finalında “Zirə”ni məğlub edərək həm “qızıl dubl” etdilər, həm də ardıcıl ikinci dəfə ölkə kubokunu muzeylərinə apardılar.

Hərçənd oyun “Zirə” üçün yaxşı başlamışdı. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov rəqibin gücünü nəzərə alaraq 5-3-2 taktiki sxeminə üstünlük vermişdi. Sadıqov “Sabah”a qarşı açıq oyuna getməməklə, müdafiəçilərin sayını artırmaqla düz etmişdi. Əks halda, “Qarabağ”ın belə bu mövsüm qalib gələ bilmədiyi, əla formada olan “Sabah”ın önündə “Zirə” daha erkən təslim olacaqdı. Bu mənada, qüvvələr arasındakı fərqi yaxşı anlayan Sadıqovun seçdiyi taktiki sxem doğru idi.

4-cü dəqiqədə Eren Aydının hesabı açması hamı üçün sürpriz oldu. Davit Volkov və Brahim Konatenin iştirakı ilə qurulan hücumun davamında türkiyəli futbolçunun uzaq küncə qəfil və qüvvətli zərbəsini “Sabah”ın qapıçısı Stas Pokatilov gözləmirdi, buna görə də reaksiya verməkdə gecikdi.

Hər şey “Zirə”nin istədiyi kimi gedirdi. Düşünmək olardı ki, hesabda önə keçən qəsəbə klubunun 5-li müdafiə xəttini yarmaq “Sabah”a əlavə çətinlik yaradacaq. Əslində, ilk yarım saat ərzində faktiki olaraq bunu gördük. “Sabah” ciddi heç nə ilə yadda qalmır, rəqibin qapısına yaxınlaşmaqda problem yaşayırdı. Ancaq birinci yarının sonuna doğru “bayquşlar” özlərinə gəlməyə, kəsərli, təhlükəli hücumlar qurmağa başladılar. Təsadüfi deyil ki, həmin müddətdə “Zirə”nin qapıçısı Tiaqo Silva iki dəfə komandasını qoldan xilas etdi, bir epizodda isə Coy-Lens Mikelsin zərbəsinin qarşısını dirək kəsdi.

Artıq bəlli idi ki, fasilədən sonra “Sabah” təzyiqi bir qədər də artıracaq. Elə də oldu. İkinci hissənin ilk 10-15 dəqiqəsi ərzində Tiaqo Silva daha iki dəfə komandasının köməyinə çatdı. Bu ərəfədə Rəşad Sadıqov heyətdə iki dəyişikliyə əl atdı. İssa Cibrila əvəzlənməyini özü istədisə, Eren Aydının meydandan çıxarılması yanlış qərar idi. Düzdür, oyunsonrası açıqlamasında Sadıqov Erenin matça ağrıkəsici ilə çıxdığını, onun zədəsinin ağırlaşacağından ehtiyat etdiyi üçün bu addımı atdığını bildirdi. Amma türkiyəli futbolçu “CBC Sport”a müsahibəsində ağrıkəsici söhbətini təsdiqləsə də, həmin anda meydanda narahat olmadığını və daha bir neçə dəqiqə oynaya biləcəyini vurğulamaqla erkən əvəzlənməsindən narazı qaldığını hiss etdirdi. Rəqibin təzyiqi artırdığı məqamda “Zirə”nin ön xəttində “diri”, pressinq tətbiq edən, topu özündə saxlaya bilən oyunçuya ehtiyac var idi. Düzdür, Ereni əvəzləyən Junior Martins də pis futbolçu deyil, amma dünənki görüşdə ağırlığını qoya bimədi.

Əvəzində Valdas Dambrauskasın əvəzetmələri effektiv oldu və matçın nəticəsinə təsir etdi. 69-cu dəqiqədə meydana daxil olan Patrik Mbina və Rəhman Daşdəmirov cəmi 1 dəqiqə sonra baş məşqçinin üzünü ağartdılar. Məhz Rəhmanın ötürməsindən sonra onunla eyni vaxtda oyuna qoşulan Mbina akrobatik zərbə ilə baxımlı qola imza atdı.

Təzyiqi davam etdirən “Sabah” mücadilənin taleyini əsas vaxtdaca həll etmək istəyirdi. “Bayquşlar” bu istəklərinə də çatdılar. Əks-hücum zamanı topu Pokatilovdan alan Coy-Lens Mikels uzun reyd etdi və reydini cərimə meydançasının kənarından vurduğu əla zərbə ilə qola çevirdi.

Finalda vurulan hər 3 qolda ustalıq səviyyəsi özünü göstərdi. Amma bu da faktdır ki, “Zirə” ilə müqayisədə “Sabah”ın futbolçuları daha keyfiyyətli, transfer qiymətləri yuxarı olan futbolçulardır. Sadəcə, qazanılan uğuru təkcə güclü heyətə bağlamaq Dambrauskasa qarşı haqsızlıq olar. “Sabah”ın “qızıl dubl”unun əsas memarı məhz litvalı mütəxəssisdir. Tətbiq etdiyi baxımlı futbola, seçdiyi yeni transferlərə söz ola bilməz. Onun gəlişindən sonra edilən nöqtə transferlər pazldakı çatışmazlıqları aradan qaldırdı, nəticədə “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu oldu, ölkə kubokunda isə titulunu qorudu.

Zirvəyə qalxmaq hər nə qədər çətindirsə, orada qalmaq ondan da çətindir. Bundan sonra “Sabah”dan gözləntilər daha çox olacaq. Bu uğurların ardını mütləq Çempionlar Liqasında davam etdirmək lazımdır. İllərdir “Qarabağ” Avropa arenasında futbolumuzun yükünü tək daşıyıb. Artıq bu yükü bölüşmək zamanıdır…

CAVAD

Dambrauskas ilkə imza atdı
“Sabah” 2025/26 mövsümündə “Qızıl dubl”a imza atıb.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda Bizon Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

Bu, klub tarixində ilk “Qızıl dubl” olub. “Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb.

Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “Qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/96, 2003/04, 2012/13) “Qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “Qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

9 ildən sonra
Bizon Azərbaycan Kubokunun qalibi adını qazanan “Sabah” ötən mövsümdə əldə etdiyi titulu qoruyub.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu son 9 mövsümdə ilk komanda olub ki, ardıcıl iki dəfə kuboku başı üzərinə qaldırıb.

Sonuncu dəfə buna “Qarabağ” nail olub. Ağdam klubu həmin vaxt ardıcıl 2 dəfə titulunu qoruyaraq üç mövsüm (2014/15, 2015/16, 2016/17) kubok qazanıb.

Daha üç komanda ardıcıl iki dəfə turnirin qalibi adına sahib çıxıb. İki dəfə buna nail olan “Neftçi” öncə 1994/95, 1995/96, ardınca 2012/13, 2013/14 mövsümlərində bunu bacarıb. Kəpəz” (1996/97, 1997/98) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) da eyni nailiyyəti gerçəkləşdirib.

“Zirə” “Qəbələ”yə çatdı
“Zirə” tarixində 3-cü dəfə Azərbaycan Kubokunun finalında məğlub olub.

Futbolinfo.az saytının məlumatına görə, qəsəbə təmsilçisi dünən həlledici görüşdə “Sabah”a 1:2 hesabı ilə uduzaraq kuboku tarixində ilk dəfə qazanmaq şansını əldən verib.

“Zirə” daha əvvəl 2021-22 və 2023-24 mövsümlərində də bu turnirin həlledici qarşılaşmasına yüksəlməklə kifayətlənib. Komanda həmin illərdə “Qarabağ” yenilmişdisə, bu dəfə də Premyer Liqada mövsümün yeni çempionuna məğlub olub.

Ölkə kubokunun finalında ən çox uduzan komanda isə “Neftçi”dir. “Ağ-qaralar” 5 dəfə bu halla üzləşiblər. “Qarabağ” 4 dəfə həlledici matçda məğlub olub. Hazırda “Şamaxı” adı altında çıxış edən komanda “İnter” və “Keşlə” adını daşıdığı dönəmlərdə 4 dəfə finalda rəqibinə boyun əyib. “Qəbələ” ilə “Zirə”də isə bu say 3-ə bərabərdir.

“Neftçi” – 5 (2000-01, 2011-12, 2014-15, 2015-16, 2022-23)

“Qarabağ” – 4 (1995-96, 1997-98, 1999-2000, 2024-25)

“İnter”/“Keşlə” – 4 (2004-05, 2007-08, 2008-09, 2010-11)

“Qəbələ” – 3 (2013-14, 2016-17, 2017-18)

“Zirə” – 3 (2021-22, 2023-24, 2025-26)

“Sabah”dan “qızıl dubl”
Bu gün Azərbaycan kubokunun final matçı keçirilib.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda son çempion “Sabah”la “Zirə” qarşılaşıb.

“Palms Sports Arena”da keçirilən bu matçı Elçin Məsiyev idarə edib.

“Sabah” kuboku da qazanmaqla “qızıl dubl” etmək arzusundaydı. “Zirə” isə avrokuboklardan kənarda qalmamaq üçün mütləq ölkə kubokunu qazanmalıydı. Amma görüş “Sabah”ın əzmkar qələbəsi ilə yekunlaşıb. Beləliklə, bir mövsümdə iki titula sahib çıxan “Sabah” “qızıl dubl”a imza atıb.

Azərbaycan kuboku
Final
13 may

“Sabah” – “Zirə” 2:1
Qollar: Patrik Mbina, 70. Coy Lens Mikels, 90+2 – Eren Aydın, 4.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
“Palms Sports Arena”.

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Maksim Medvedev: “Motivasiya önəmlidir”
“Zirə”nin kuboku qazanmağa daha çox motivasiyası var. “Sabah” artıq çempionluğu rəsmiləşdirib. Bəlkə o dərəcədə kuboku qazanmaq istəməzlər. İstək olsa da, “qartallar”da daha çoxdur”. Bunu futbolinfo.az saytına açıqlamasında “Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev deyib.

Sabiq müdafiəçi Azərbaycan Kubokunun finalında bu gün baş tutacaq görüşlə bağlı gözləntilərini bölüşüb. Medvedevin sözlərinə görə, azarkeşləri dinamik və maraqlı matç gözləyir: “Fikrimcə, bizi maraqlı oyun gözləyir. Ən önəmlisi komandaların bu oyuna necə hazırlaşmasıdır. Motivasiya önəmlidir. Hansı komanda oyunda daha soyuqqanlı olsa, o da qalib gələcək. Komanda oyunu kimdə alınsa, həmin komandaya oynamaq daha rahat olacaq. Çünki fərdi baxsaq, həm “Sabah”da, həm də “Zirə”də keyfiyyətli və nəticə verən futbolçular var. Gözləyirik ki, açıq futbol olacaq. Qollar görmək istəyərdik. İstər-istəməz finaldır, nə qədər gözəl oyun olsa, azarkeşlər də bir o qədər zövq alacaq”.

Qeyd edək ki, qarşılaşma bu gün saat 20:00-da “Palms Sport Arena”da baş tutacaq.

“Zirə” 6 oyundur “Sabah”ı məğlub edə bilmir
Azərbaycan Kubokunun finalında bu gün “Sabah”la qarşılaşacaq “Zirə” avrokuboklara vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir.

Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin bunu həyata keçirməsi heç də asan olmayacaq. Çünki “Zirə”nin “Sabah”la matçlarda son nəticələri heç də ürəkaçan deyil. Təsadüfi deyil ki, Rəşad Sadıqovun yetirmələri artıq iki ildir ki, bu rəqibini üstələyə bilmir.

Zirəlilər axırıncı dəfə 2024-cü ilin avqustunda – 2024-25 mövsümünün ilk dövrəsində “Sabah”ı səfərdə 2:0 hesabı ilə məğlub edib. Həmin vaxtdan bəri baş tutan 6 görüşün 2-də qələbə qazanan “Sabah” 4 oyunda rəqibi ilə bərabərə qalıb.

Komandaların 30 görüşünün yalnız 2-də böyük hesab qeydə alınıb. 2019-cu ildə “Zirə”, 2025-ci ildə isə “Sabah” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu gün “Palms Sports Arena”da keçiriləcək “Sabah” – “Zirə” qarşılaşması saat 20:00-da başlayacaq.

Baxşıyev finalda favorit görmür
“Mövsümün sonudur və belə qarşılaşmalarda ən xırda detallar belə nəticəyə təsir edə bilər. Finalın təcrübəsi olmur. Hər iki komandanın bu titulu qazanmaq üçün kifayət qədər şansı var. Komandalar oyun üslubu baxımından bir-birinə əksdir. “Sabah” daha çox hücuma meyilli futbol oynayırsa, “Zirə” müdafiə futboluna üstünlük verir”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında təcrübəli mütəxəssis Elmar Baxşıyev səsləndirib.

Tanınan məşqçi kubokun final görüşü ilə bağlı danışarkən qarşılaşmanın gərgin və maraqlı keçəcəyini bildirib: “Final oyununun gərgin keçəcəyini öncədən təxmin etmək olar. Nəzərə alsaq ki, final bir oyundan ibarətdir, burada hansısa komandanı favorit göstərmək düzgün olmazdı. Sadəcə, psixoloji üstünlüyün müəyyən mənada “Sabah”ın tərəfində olduğunu düşünmək olar. Çünki onlar çempionluğu təmin ediblər və bu görüşə fərqli əhval-ruhiyyədə çıxacaqlar”.

Mütəxəssis çempionatdakı nəticələrin finala ciddi təsir etməyəcəyini də vurğulayıb: “Çempionat oyunlarında “Sabah”ın “Zirə” üzərində üstünlüyü olubsa, bunu yalnız statistik baxımdan final üçün müəyyən üstünlük kimi qeyd etmək mümkündür. Amma kubok matçı tamam fərqli oyundur. Burada daha çox istəyən və meydanda balanslı çıxış edən komanda kuboka sahib çıxacaq”.

Sonda isə Baxşıyev azarkeşlərin baxımlı oyuna şahidlik edəcəyinə ümid etdiyini bildirib: “Ümid edirik ki, hər iki komanda azarkeşlər üçün baxımlı və maraqlı oyun nümayiş etdirəcək. Hər iki heyətdə oyunun taleyini hər an dəyişə biləcək futbolçular var. Buna görə də əvvəlcədən hansı komandanın daha üstün olduğunu demək mümkün deyil”.

GÜNAY SÜLEYMANOVA

“Zirə” ilə qarşılaşmanı səbirsizliklə gözləyirik” – Dambrauskas
“Sabah” “Zirə” ilə qarşılaşmanı səbirsizliklə gözləyir.

Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis həlledici matçda qələbə qazanacaqlarına inandığını söyləyib:

“Əvvəla, hər birinizi burada görməkdən məmnun olduğumu söyləmək istəyirəm. Mənim üçün bu gün burada olmaq şərəfdir. Ardıcıl ikinci dəfədir ki, kubokun finalında iştirak edəcəyik. Səbrsizliklə sabahkı matçı gözləyirik. İstəyimiz mövsümü iki titulla bitirməkdir. “Zirə” komandasını da təbrik etmək istəyirəm. Çünki onlar da finala qədər irəliləyiblər. Maraqlı görüşün keçəcəyinə inanıram. Bütün azarkeşləri stadiona dəvət edirəm”.

Litvalı mütəxəssis tarixi görüşə çıxacaqlarını vurğulayıb:

“Bu matç mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün tarixi fürsətdir. Qızıl dubl etsək, klubun adını tarixə yazdırmış olacağıq. Bu görüşdə istənilən nəticə ola bilər. Penaltilər seriyası üzərində işləməmişik. Keçmişdə bir necə kubok finalı görmüşəm. Mənim üçün finalda çıxış etmək təcrübə qazandırmır. Təcrübə hər gün məşqlərdə qazanılır. İnanıram ki, sabahkı görüşdə layiqli komanda qələbə qazanacaq. Çox istəyirəm ki, “Zirə” ilə görüşdə həyəcan olsun, matç gərgin mübarizə şəraitində keçsin”.

Valdas Dambrauskas üzərlərində böyük təzyiq olmadığını bildirib:

“Sizə taktiki gedişlərlə bağlı ətraflı məlumat versəm, marağı qalmaz. Cari mövsümdə “Zirə” ilə 3 dəfə qarşılaşmışıq. İnanın, onların əvvəlki matçlarda hansı taktika ilə oynadıqlarını xatırlamıram. Biz sabahkı görüşə hər oyuna hazırlaşdığımız kimi hazırlaşacağıq. Üzərimizdə böyük təzyiq yoxdur. Meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik”.

Qeyd edək ki, “Sabah” – “Zirə” görüşü mayın 13-də, saat 20:00-da “Palms Sports Arena”da start götürəcək.