Ölkə kuboku
Cavid Hüseynova 6 oyunluq cəza!

AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
MOİK – “Səbail” oyununda təcili tibbi yardım maşınının matçın başlamasına təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 1600 manat cərimə edilib. Matçda xərəkdaşıyanlarla normal təmin olunmadığına görə MOİK klubuna xəbərdarlıq edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. “Şamaxı”nın oyunçusu Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə oyundan çıxarıldığı üçün o, oyunlardan 1 oyun kənarlaşdırılıb və klubu 200 manat cərimə edilib. Matç başa çatdıqdan sonra “Şamaxı”nın məşqçisi Cavid Hüseynovun birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə o, kubok oyunlarından 6 oyun kənarlaşdırılıb, klub 4800 manat cərimə edilib.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”