I Liqa
Cavid İmamverdiyev yenidən “Kəpəz”də?
Cavid İmamverdiyev yenidən “Kəpəz”də oynaya bilər. Hazırda danışıqlar gedir və yekun qərarı yeni baş məşqçi verəcək.
Futbolinfo.az-a açıqlamasında bu ehtimalı futbolçu özü bildirib. Dünən gəncəlilərin “Qarabağ”la oyununu canlı izləyən yarımmüdafiəçi, matça ezam olunmuş əməkdaşımıza söhbətində belə deyib. Komandanın bir gün öncəki məşqinə də gedən İmamverdiyev qayıtmaq niyyətindədi.
Xatırladaq ki, I Divizionda “Kəpəz”in sıralarında olan Cavid sabiq baş məşqçi Yaşar Vahabzadənin istəyi ilə heyətdən kənarlaşdırılmışdı. O, indi komandaya qayıtmaq niyyətindədi və yeni məşqçinin gəlişini və müsbət qərarını gözləyir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…