Bizi izləyin

Müsahibə

Cavid İmamverdiyevi küsdürüblər: “Kim mənimlə düşmənlik edəcəksə, bunun 10 qatını alacaq”

blank
blank

Yay fasiləsində “Kəpəz”dən ayrılan və hazırda klubsuz olan Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevin futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”dən ayrılandan sonra səssizliyə çəkilmisiniz. Nə işlə məşğulsunuz?

– Hələ ki, heç bir işlə məşğul olmuram, gözləyirəm.

– “Kəpəz”dən gedişiniz gözlənilməz alındı. Hər halda I Divizionda oynadınız, amma komandanın Premyer Liqada iştirakı dəqiqləşən kimi oradan ayrıldınız. Niyə belə alındı?

– Baş məşqçi Yaşar Vahabzadəyə görə Birinci Divizionda komandaya heç bir köməyim dəyməyib. Danışığımız oldu, mənə belə dedi. Premyer Liqada iştirak dəqiqləşəndən sonra gördüm ki, mənə qarşı münasibəti tamam dəyişdi. Yeni gələn əcnəbilər onun üçün daha önəmli, maraqlı oldu. Halbuki həmin əcnəbilərin hamısının nə məndən artıq karyerası, nə də ortaya qoyduğu futbol olub. Hər şey göz önündədir. Orada öz mövqeyimdə özümdən güclüsünü tanımıram.

– Baş məşqçi səbəb kimi nəyi göstərdi?

– Yay fasiləsində iki yoxlama oyunu keçirdik. İki aya yaxın təlim-məşq toplanışında iştirak etdim, çempionatın startına 10 gün qalmış məni komandadan uzaqlaşdırdı, dedi ki, bəyənmədim. Guya bir mən çıxmaqla komanda düzəldi. Mən də heç nə demədim. Bircə onu söylədim ki, sizinlə işləmək xoş idi. Başqa nə deyə bilərəm? Baş məşqçinin qərarıdır.

– Səbəblərdən biri tez-tez zədələnməyiniz ola bilər?

– Xeyr. Birinci Divizionda oynayanda zədələrim çox olub. Onu da Yaşar Vahabzədənin özünə başa salmışdım ki, çəkimlə əlaqədardır. Artıq çəkim var idi, amma yay toplanışında tam formaya düşdüm. Məşqlərdə də heç kimdən geri qalmadım. Hətta deyərdim ki, üstün idim. Baş məşqçi də mənim kənara çəkib soruşdu ki, indi niyə zədə almırsan? Başa saldım ki, istirahət dönəmində ayağımı müalicə etdirdim, çəkimi də saldım, ona görə zəfələnmirəm. Çəkin varsa, zədə tez olacaq. Çəkini saldığım müddətdə hətta gecələr də məşq eliyirdim, yatmırdım. Çünki qarşıma məqsəd qoymuşdum. Əvəzində də mənə qarşı belə hərəkət etdi.

– Çox məyus görünürsünüz, sanki “sınmısınız”…

– Xeyr, “sınmamışam”, amma məyus olmuşam. Belə şeylər çox görmüşəm. Ömür boyu Birinci Diviziona getməzdim, bunu özümə də yaraşdırmazdım. Amma hansısa məşqçiyə görə gedirəm, ona güvənirəm. Yaşar Vahabzadə ilə U-21 yığmasında da bir yerdə işləmişik. Mövsümün startına 10 gün qalmış belə bir hərəkət istər-istəməz adamı məyus edir. Düzdür, heç vaxt heç kimə tam güvənən insan olmamışam. Nə qədər yaxına buraxsam da, həmişə ehtiyatlı olmuşam. Yaşar Vahabzadəyə də tam güvənməmişəm.

– Başınıza gələnlərə görə heç özünüzdə günah görmürsünüz?

– Mən həmişə səhvi birinci özümdə axtarmışam. Günah deməzdim, sadəcə, baş məşqçi bəyənmədi. Onunla nə dilləşərəm, nə də ona yalvararam. Hər şey vaxtı gələndə üzə çıxacaq. Yerimə gətirdiyi əcnəbinin məndən güclü, yoxsa zəif olduğunu zaman göstərəcək.

– Vaxtilə Azərbaycan millisində oynamısınız, “Neftçi”nin aparıcı simalarından olmusunuz. 32 yaşda heç kimə lazım olmamağınız sizə qəribə gəlir, yoxsa adi qarşılayırsınız?

– Əlbəttə ki, qəribə gəlir. Premyer Liqada başqa Cavid İmamverdiyev yoxdur. Kreativ futbolçulardan biri kənarda qalıb. Halbuki toplanış müddətində çəkimi də saldım, formaya da düşdüm. Komandada 3-5 yüksək hazırlıqlı oyunçu var idisə, biri də mən idim. Nə məşqimə, nə də intizamıma heç kim söz deyə bilməz. Hətta komandadan ayrıldığıma görə bəzi əcnəbi futbolçular şoka düşdülər. Amma heç kimlə düşmənliyim yoxdur. Hər bir məşqçinin özünə görə futbol savadı var. Hər şey gec-tez üzə çıxacaq.

– Karyeranızda yaranmış ani enişin səbəbini nədə görürsünüz?

– Yalnız özümdə. Son illərdə məsuliyyətsiz yanaşdım, çəkim artdı, zədələr oldu. Heç vaxt zədəyəmeyilli futbolçu olmamışam. Sadəcə, artıq çəki tez-tez zədələnməyimə səbəb olurdu.

– Bəs sizi bu məsuliyyətsizliyə sürükləyən nə oldu?

– Məndə belə bir xasiyyət var ki, olduğum klubda əgər müntəzəm oynayıramsa, ən yaxşılardan oluram, hətta komandanın lideri oluram. Amma oynamadığımı gördükdə istər-istəməz həvəsdən düşürəm.

– Belə çıxır ki, iradəsizsiniz. Yenidən əsas heyətə düşmək üçün vuruşmursunuz…

– İradəsiz deməzdim. Məni yaxından tanıyanlar bilirlər ki, çox iradəli, xarakterli insanam. Sadəcə, oynamadığımı gördükdə məndə əsəb yaranır, heç nəyi vecimə almıram. Düşünürəm ki, güclü ola-ola məni oynatmırlar. Psixoloji cəhətdən zəifəm. Çünki belə şeylər tez təsir edir. Bəzən məşqçi güclünü ehtiyatda saxlayır, ondan zəifi oynadır. Heç nə də deyə bilmirsən. Hansı klubda oynamışamsa, mövqeyimdə özümü hamıdan güclü bilmişəm. Elə ki oynamıram, onda tamam həvəsdən düşürəm.

– Bundan sonra nə etməyi düşünürsünüz?

– Hələ ki, gözləyirəm, vəziyyətə baxacağam. Təklif olmasa, çox güman ki, karyeramı bitirəcəyəm. Fərdi məşqlərlə kifayətlənirəm.

– Təklif, ümumiyyətlə, olmayıb?

– Xaricdən 1-2 variant olub. Amma onlar da real deyildi. Formada qalmaq üçün individual məşqlər edirəm. Əziyyət çəkib forma yığmışam. İki aylıq əziyyətimə heyfim gəlir. Yenidən əvvəlki duruma düşmək istəmirəm.

– Karyeranızı bitirsəniz, hansı işlə məşğul olacağınızı müəyyənləşdirmisiniz?

– Bəli. Planlarımı çoxdan qurmuşam. Özümə görə bizneslərim var, onlarla məşğul olacağam.

– Futbol sahəsindən birdəfəlik uzaqlaşacaqsınız?

– Futbol sahəsindən məni məcbur uzaqlaşdırdılar, futboldan küsdürdülər. Vaxtilə belə bir situasiya başıma gəlmişdi. “Neftçi”yə gəldiyim vaxt məşqçi məni komandaya cəlb etməmişdi. Bir həmin vaxt belə sarsıntı keçirdim, bir də indi. Halbuki hamıdan güclü idim. O qədər əziyyət çəkməsəydim, belə məyusluq yaşamazdım. Həqiqətən də, yeni mövsümə çox həvəsli hazırlaşırdım. Belə başa düşürəm ki, komandaya maneçilik törədən mən olmuşam.

– Baş məşqçiləri səbəbkar kimi göstərirsiniz. Futbolçuların səhvi, günahı olmur?

– Bilirsiniz, həmişə uğursuzluq olanda futbolçunun üstünə atırlar. Futbolçu hansı xarakterdədirsə, baş məşqçi ona uyğunlaşmalıdır. Məşqçi hər bir oyunçuya başqa cür yanaşmalıdır. Elə futbolçu var ki, üstünə qışqırmayanda oyunu alınmır. Rəhmətlik Böyükağa Hacıyev kimi təkcə məşqçi yox, həm də güclü psixoloq olmalısan. O, Azərbaycanda bir nömrə olub. Ömür boyu da mənimlə dalaşıb. Mənə deyirdi ki, avarasan. Amma oynadırdı. Çünki güvənirdi. Deyirdi ki, bu qədər danlamağıma baxma, sənə inanıram. Azərbaycanda Avropa Liqasının qrupuna ilk dəfə “Neftçi” düşdü. Həmin vaxt birinci qol mənim ayağımdan getdi. Elə futbolçu var ki, illərdir oynayır, ancaq bir dəfə də olsun Azərbaycan çempionluğunu qazanmayıb. Mənim 3 çempionluğum var.

– Futbolçudan çox məşqçi kimi danışırsınız. Məşqçi olmaq barədə də düşünmürsünüz?

– Düzü, düşünürəm. Məşqçi olsam belə, həmişə futbolçunu dinləməyə, dərdinə qulaq asmağa çalışaram, onun psixologiyasına uyğun hərəkət edərəm. Əgər hansısa oyunçu mənə lazımdırsa, nazı ilə oynamağa məcburam. Necə gəldi qışqıracaqsansa, heç bir futbolçu sənə hörmət eləməyəcək. Kimsə yalnız işi xatirinə yola verə bilər. Ona görə də hörmət qazanmaq lazımdır. Futbol bu gün var, sabah yoxdur. Sabah üz-üzə gəlmək var. Üz döndərdiyim insanlarla heç üz-üzə gəlmək də istəmərəm. Heç kimlə düşmənliyim yoxdur. Amma bunu edənlə sona qədər düşmənlik etməyə qadirəm. Kim mənimlə düşmənlik edəcəksə, bunun 10 qatını alacaq. Kimsə mənim haqqımda ağzından artıq-əskik söz çıxarsa, onunla başqa cür hərəkət edəcəyəm. Dediyim sözlərin arxasındayam.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm