Dünya futbolu
“Çelsi” Potteri Enrikeylə əvəzləyə bilər

“Çelsi” baş məşqçi dəyiikliyinə hazırlaşır. Komandanın nəticələrinin pisləşməsi rəhbərliyi bu addıma sövq edib.
Futbolinfo.az xəbər verir ki, qış transfer pəncərəsində 8 yeni oyunçuya yüzmilyonlarla avro xərcləyən London klubu indi də Qrem Potteri dəyişmək niyyətindədir. Mütəxəssisə etimad limiti tükənib. Qış fasiləsindən sonra da qələbəyə həsrət qalan “zadəganlar”, qarşıdakı turlarda vəziyyət düzəlməyəcəyi halda qəti addım atacaq.
Xəbərlərə görə, artıq yeni baş məşqçi axtarışı başlayıb. Siyahıda favorit Luis Enrikedir. Dünya Çempionatından sonra İspaniya millisindən ayrılan mütəxəssislə ilkin danışıqlar başlayıb.
Potter ötən ilin sentyabrında “Brayton”dan ayrılaraq “Çelsi”yə gəlib. Tomas Tuheli əvəzləyən mütəxəssislə 5 illik müqavilə bağlanmışdı.

- Ölkə futbolu2023-03-16 23:08
“Turan Tovuz” Panama millisinin oyunçusunu gətirir
- Ölkə futbolu2023-03-17 12:08
Letiç: “Qarabağ” dəvət göndərsə, buna klub qərar verəcək”
- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Milli komanda2023-03-17 09:34
Elvin üçün rəqibin kimliyinin fərqi yoxdur