Dünya futbolu
Çempion doğma meydanda xal itirdi
Futbol üzrə Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Çempionluğu təmin edən “Bayern” bu turda “Ştutqart”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Mönxenqladbax “Borussiya”sı da “Ayntraxt”la səfər oyunundan heç-heçə ilə ayrılıb. “Leypsiq” isə doğma meydanda “Auqsburq”u 4 cavabsız qolla məğlub edib.
Almaniya Bundesliqası
33-cü tur
6 may
Bohum – Arminiya 2:1
Qol: Polter, 22. Bello, 89-öz qapısına – Nilsson, 35.
7 may
Qroyter – Borussiya (Dortmund) 1:3
Qol: Nqankam, 70 – Brandt, 26; 72. Passlak, 77.
Köln – Volfsburq 0:1
Qol: Gerhardt, 43.
Frayburq – Union Berlin 1:4
Qol: Holer, 59 – Promel, 11. Trimmel, 30. Bekker, 41. Şafer, 90.
Hoffenhaym – Bayer 2:4
Qol: Rutter, 22. Baumqartner, 36 – Şik, 34; 76. Diabi, 73. Alario, 90+1.
Herta – Maynts 1:2
Qol: Selke, 45+5 – Vidmer, 25. Bell, 81.
8 may
Ayntraxt – Borussiya (Mönxenqladbax) 1:1
Qol: Pasiensiya, 66 – Plea, 4.
Bayern – Ştutqart 2:2
Qol: Qnabri, 35. Müller, 44 – Tomas, 8. Kalaydziç, 52.
Leypsiq – Auqsburq 4:0
Qol: A.Silva, 40. Nkunku, 48; 57. Forsberq, 64.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı