Dünya futbolu
Cessi Marş “Sauthempton”la anlaşa bilmədi
Cessi Marş “Sauthempton”un baş məşqçisi olmayacaq. Tərəflər uzun müzakirələrin ardından anlaşa bilmədilər.
Futbolinfo.az xəbər verir ki, Natan Consu istefaya göndərən “Sauthempton” bu posta amerikalı mütəxəssisi gətirmək niyyətində idi. Tərəflər bir çox şərtlərdə razılaşsa da, son anda danışıqlar dayandırılıb. Komandanın autsayder olması, Premyer Liqadan düşmək təhlükəsini nəzərə alan Marş uzunmüddətli müqavilədə israr edib, klub rəhbərliyi isə yalnız mövsümün sonunadək təklif irəli sürüb. Bu üzdən işbirliyi alınmayıb.
Xatırladaq ki, Marş yaxınlarda İngiltərə Premyer Liqasının digər autsayderi “Lids”dən qovulub.