Dünya futbolu
ÇL-də daha bir matç neytral meydanda keçirilə bilər – koronavirusa görə
Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” (Kiyev, Ukrayna) – “Alkmaar” (Niderland) matçı da neytral meydanda keçirilə bilər.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Kiyev şəhərində koronavirusla bağlı epidemoloji vəziyyətin gərgin olmasıdır.
Ukraynanın paytaxtında son bir həftədə hər gün 200-dən çox koronavirusa yoluxma faktı qeydə alınır.
UEFA məsələni araşdıracaq və qısa zamanda matçın harda keçirilməsiylə bağlı yekun qərar verəcək.
“Dinamo” – “Alkmaar” matçı sentyabrın 16-da keçiriləcək.
Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşmalı olan Norveç “Molde”si də bu oyunun Bakıda yox, neytral meydanda keçirilməsini istəyir. Hazırda bu oyunla da bağlı UEFA-nın verəcəyi yekun qərar gözlənilir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu