Dünya futbolu
ÇL: Finalın baş hakimi dəyişdirilə bilər
İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun baş hakimi dəyişdirilə bilər.
Futbolinfo.az “Sky Sport”a istinadən xəbər verir ki, buna səbəb matça təyinat alan polşalı referi Şimon Marçinyakın ölkəsində ultrasağçı siyasətçi Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılmasıdır.
“Yeni Ümid” partiyasının rəhbəri homofob və antisemit ifadələri ilə tanınır.
Avropa futbol qurumunun dəqiqləşdirmə üçün təcili olaraq Marçinyaka müraciət etdiyi bildirilir. Onun həlledici görüşü idarə edib-etməyəcəyi ilə bağlı qərar bu gün – iyunun 2-də veriləcək.
Final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”