Dünya futbolu
ÇL: UEFA finalın baş hakimini dəyişməyəcək
UEFA Çempionlar Liqasının final oyununun baş hakimini dəyişməyəcək.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, polşalı Şimon Marçinyakın İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək həlledici matça təyinatı təsdiqlənib.
Ölkəsində ultrasağçı siyasətçi, homofob və antisemit fikirləri ilə tanınan “Yeni Ümid” partiyasının rəhbəri Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılan FIFA referisi davranışına görə üzr istəyib. Bundan sonra UEFA-nın Nizam-İntizam Komitəsi Marçinyakı bağışlayıb.
Xatırladaq ki, final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…