Novak Cokoviç Şanxaydakı “Masters” turnirində oynamayacağını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, turnir oktyabrın 4-dən 15-dək keçiriləcək.

“Uzun illərdir ki, Çin mənim ən çox dəstək aldığım ölkələrdən biri olub. Şanxay sevimli turnirlərimdən birinə çevrilmişdi. Təəssüf ki, bu il iştirak edə bilməyəcəyəm. Çindən olan pərəstişkarlarım üçün darıxacağam. Ümid edirəm ki, gələcəkdə buraya qayıdıb yenidən hamınızın qarşısında oynaya biləcəyəm”, – deyə Cokoviç tvitter hesabında yazıb.

Shares: