Digər idman növləri
Cüdoçularımız Ankarada təlim-məşq toplanışında
Cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə təlim-məşq toplanışına yollanıb.
Futbolinfo.az xəbər verir ki, iyulun 4-dən başlayan hazırlıq prosesinə məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 13 cüdoçu cəlb olunub.
Ankara şəhərində təşkil olunmuş toplanış iyulun 17-nə qədər davam edəcək.
Komandamızın üzvləri 24-30 iyulda Slovakiyada təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcəklər.