Müsahibə
Da Silva: “Daha da möhkəmlənməliyik”

“Sabah”ın yarımmüdafiəçisi Kristian Da Silvanın futbolinfo.az saytına müsahibəsi
– “Sumqayıt”la matç sanki asan keçdi…
– Əksinə, çox çətin keçdi. Lakin biz öz iradəmizlə yaxşı nəticə əldə edə bildik. Vacib olan qalibiyyət idi ki, onu da qazandıq.
– Komanda ardıcıl iki turda xal itirdi – “Turan Tovuz” və “Şamaxı”ya uduzdunuz. Düşünmürsən ki, bu, sizə böyük təsir göstərə bilər?
– İki gözlənilməz məğlubiyyətimiz oldu. Amma bunlar geridə qaldı və biz artıq yenə ardıcıl iki qələbə qazanmışıq.
– Amma mövsümün sonuna doğru bu cür itkilər turnir cədvəlində özünü göstərə bilər…
– Mövsümün sonuna bir neçə oyun qalıb. İndi komandalar olaraq daha da möhkəmlənməliyik. Mövsümün finalına doğru səhvlər etsək, acı nəticəsi olar. Hər oyun inamlı və iradəli şəkildə meydanda özümüzü göstərməliyik. Düşünürəm ki, yaxşı nəticələr olacaq.
– Əsas izləyiciniz “Neftçi” xal fərqini 4-ə endirib. Bu, sizi narahat etmir?
– Biz yalnız özümüzə diqqət edirik, məşqlərimizə baxırıq. Əlimizdən gələni edirik ki, daha yaxşısını ortaya qoyaq.
– Qarşıda “Zirə” kimi çətin rəqiblə səfər oyunu var. Sizcə, qələbələrinizin ardı gələcək?
– “Zirə” ilə matç çox çətin olacaq. Onların yaxşı komandası var. Keyfiyyətli futbolçulara sahibdirlər. Amma ümid edirəm ki, biz səfərdə istədiyimizi alacağıq.
AĞA
