Ölkə futbolu
Dabonun mükafatı “Neftçi”yə təqdim olundu
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının gümüş medallarını “Neftçi” PFK-ya təqdim edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
COVID-19 pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməməsinə görə medallar klubun bazasında verilib.
Sözügedən komandanın heyətində çempionatın bombardirlərindən olmuş Stiven Jozef-Monroz və Baqali Dabonun mükafatları da “Neftçi” PFK-ya təqdim olunub.