Dünya futbolu
Dadaşov millimizə görə komandasının toplanışına gec qoşulacaq

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasının 2023/24 mövsümü öncəsi yay təlim-məşq toplanışına gec qoşulacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli “Blick” nəşri məlumat yayıb.
Bildirilib ki, Super Liqa təmsilçisi mövsümlərarası hazırlığa iyunun 19-da Bazeldə start verəcək. Lakin Dadaşov da daxil olmaqla, 4 oyunçu toplanışın ilk günlərində düşərgədə olmayacaq. Səbəb isə odur ki, onlar həmin vaxt milli komandalarında yer alacaqlar.
Yəni Dadaşov iyunun 17-də AM-2024-ün seçmə mərhələsində Estoniya ilə “Dalğa Arena”da keçiriləcək oyunda Azərbaycan millisinin heyətində olacaq. Yığma üzvlərinə klubda əlavə bir neçə günlük istirahət veriləcək.
Xatırladaq ki, “Qrasshopper” İsveçrə çempionatında sona iki tur qalmış turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”