Dünya futbolu
Dadaşovlu “Tondela” səfərdən xalsız döndü
Futbol üzrə Portuqaliya çempionatında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Moreyrense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.
Hazırda 25 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi