Dünya futbolu
Daha 3 ölkənin millisi Rusiya ilə oyunlardan imtina etdi
Futbol üzrə Norveç, İsveçrə və Uels milli komandaları Rusiya yığması ilə oynamaqdan imtina etdiklərini açıqlayıblar.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin futbol federasiyalarının mətbuat xidməti məlumat yayıb. Buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb göstərilib.
Daha əvvəl Polşa, İsveç, Çexiya, İngiltərə və Albaniya futbol federasiyaları Rusiya millisinə qarşı oyunlarda iştirak etməyəcəklərini açıqlamışdılar.
FİFA Rusiya millisinin Rusiya Futbol İttifaqının (RFİ) komandasının adı altında, bayraqsız və himnsiz oynamasına qərar verib.
- Ölkə futbolu2024-01-15 13:34
“Qarabağ” milyonluq təklifdən imtina etdi
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var