Dünya futbolu
Daha bir braziliyalı futbolçu Azərbaycandan təklif alıb
Son olaraq Portuqaliyanın “Farense” klubunda çıxış edən Eduardo Mança karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycanın Premyer Liqa təmsilçilərindən biri 26 yaşlı müdafiəçi ilə maraqlanır. Hazırda azad agent olan braziliyalı oyunçunun agenti Covanni Davila müxtəlif klublarla danışıqlar apardıqlarını söyləyib.
Mança ilə Portuqaliya, Fransa, Yaponiya və İsrail klublarının da yaxından maraqlandığı bildirilir. O, daha öncə “Maşinsazi”, “Birkirkara”, “Quarani”, “Jabakara” və “Seara” klublarının da formasını geyinib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”