Ölkə futbolu
Daha dörd komandaya texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub
Futzal üzrə Yüksək Liqanın 10-cu turunun “Alyans” FK – “Baku Fire” oyununda “Alyans” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Alyans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Yüksək Liqanın 9-cu turunun U-19 – “Alyans” oyununda “Alyans”ın heyətində ehtiyat qapıçı olmadığına görə futzal oyun qaydalarına müvafiq olaraq, oyunun bərpası mümkünsüz olub. Həmin vaxt U-19 6:1 hesabı ilə öndə olduğu üçün oyunun hesabı olduğu kimi saxlanılıb.
Region Liqasında keçirilən VT (Gəncə) – “Qala” (Şəmkir) oyununda VT komandasının heyətində Bünyamin Ələsgərov texniki zona qaydalarını pozub hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
Region Liqasında keçirilən “Ağsu Siti” – “Füzuli” oyununda “Ağsu Siti”nin heyətində adı protokolda qeyd edilməyən və peşəkar statusu olan Tural Nəsirovun (MOİK) oynamasına görə “Ağsu Siti” klubuna 0:3 hesablı məğlubiyyət verilib.
U-16 Liqasında keçirilən “Turan Tovuz” – İFA oyununda “Turan Tovuz”un heyətində Əli Qasımov ciddi qayda pozuntusuna (rəqibə ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
U-14 Liqasında iştirak edən “Xəzri” İK komandası öz xahişi ilə mövsümün qalan hissəsində iştirakdan imtina etdiyinə görə bundan sonra AFFA və PFL-in himayəsi altında keçirilən bütün yarışlardan xaric olunub və iştirak etdiyi oyunların sayı 50%-i keçdiyinə görə, qalan oyunlarda bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-11 Liqasında keçirilməli olan “Sumqayıt” FK – “Neftçi” PFK qarşılaşmasında “Sumqayıt” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməyib. Bu səbəbdən “Sumqayıt” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi