Bizi izləyin

Ölkə futbolu

Daha iki yarpaq düşdü – istedadına xəyanət edənlər ağacından…

blank
blank

Müstəqillik dövrümüzün futbolunu ilin fəsillərinə bənzətməli olsaq, 1990-cı illəri yay dönəminə aid edə bilərik. Nazim Süleymanov, Vəli Qasımov, Vidadi Rzayev, Yunis Hüseynov, Qurban Qurbanov və başqaları nın olduğu siyahını bir qədər də uzatmaq olar.

Niyə yay? Çünki sovet məktəbinin yetirmələri olduğuna görə adıçəkilən futbolçular meyvə ağacı kimi bəhrə verib. Doğrudur, millimiz bu futbolçulardan ciddi fayda götürməyib. Amma onların bəziləri legioner həyatı yaşamaqla adlarından məhdud dairədə olsa da, söz etdirib.

2000-ci illərdə isə futbolumuza payız fəsli qədəm qoydu. Artıq keyfiyyətli futbolçuların azaldığını – yarpaq tökümünü hiss etməyə başladıq. Amma payız meyvələri sarıdan korluq yaşamadıq. Rəşad Sadıqov, Mahir Şükürov, Ruslan Abışov, Vaqif Cavadov, Kamran Ağayev, Rauf Əliyev və Əfran İsmayılov kimi bəhərləri gördük.

Etiraf edək ki, Berti Foqts və Robert Prosineçkinin dövründə bu futbolçular milliyə az-çox fayda verdilər. Amma yay meyvələrindən fərqli, payız məhsullarını “eksport” edə bilmədik. Kənara çıxanlar oldu, amma onlar Vəli Qasımov, Nazim Süleymanov və Qurban Qurbanov kimi gün işığı görmədilər. Bu da onların tez “qurumasına” şərait yaratdı. Dadları olsa da, bazar qiymətləri onların təravətini azaltdı. Ölkə futbolunun başına şabaş kimi səpələnən pullar futbolu əsl bazara çevirdi.

Azərbaycanda oynamaqla artıra bilməyəcəyini anlaya-anlaya bəzi futbolçular pula aldanaraq kənara çıxmadılar. Elə haqqında danışacağımız Rauf Əliyevlə Əfran İsmayılov kimi…

Ötən həftə karyeralarını başa vurduqlarını açıqlayan bu iki futbolçu məhz belə “bazar”ın güdazına getdi. Raufla Əfranın istedadından xeyli danışmaq olar.  Görünən kəndə nə bələdçi? İndi deyirik ki, “Qarabağ” parlayan yerli oyunçuları tez ələ keçirir, bu klub oyunçu yetişdirmir, amma vaxt var idi, Əfran və Rauf kimi istedadlar məhz “Qarabağ”ın sayəsində ön plana çıxmışdı.  Problem ondadır ki, indi “Qarabağ”da özünü göstərən futbolçular xarici klubların diqqətini cəlb etmək üçün dəridən-qabıqdan çıxırsa, bu iki futbolçunun dövründə daha varlı yerli klubların diqqətini cəlb etmək dəbdə idi.

Xüsusən də “Bakı” ilə “Xəzər Lənkəran” kimi varlı klublar belə istadadlı oyunçuları maqnit kimi çəkməklə onların karyerasını məhv etməklə yadda qalıdılar. I Qarabağ müharibəsinin acı nəticəsi ilə Qarabağdan Bakıya köç necə başladısa, futbolumuzda da “Qarabağ”dan “Bakı” köçürülmələr qeydə alındı.  2006-cı ildə “Qarabağ”da debüt edən İsmayılovla Əliyev 2013-cü ildə “Bakı”ya üz tutdular. Səbəb isə pul idi, istedadlarını paraya qurban etdilər.

Doğrudur, Əfran 2 il “zolaqlılar”ın heyətində oynadıqdan sonra karyerasının əvvəlki zolağına qayıtmaq qərarına gəldi. İsmayılov 2019-cu ilə qədər doğma klubunda əvvəlki əzəmətini qaytarmağa çalışdı, amma “qara zolaq”dan qurtula bilmədi.  Ən azından “ağ zolağa düşə bilmədi”. 2019-cu ildə “Keşlə”yə, bir il sonra isə “Səbail”ə üz tutdu. Bu klublarda da biz əvvəlki Əfranı görə bilmədik. Nəhayət, yeni mövsümün əvvəlində “Kəpəz”ə keçmək qərarına gəldi.  Burada da tale Əfranın üzünə gülmədi. Yaşar Vahabzadənin dövründə İsmayılov palaza bürünüb el ilə süründüsə, Tərlan Əhmədovun gəlişindən sonra ümumiyyətlə, “palazdan çıxarıldı”. Əvəzedici komandada sürünməkdənsə, millimizin sabiq futbolçusu 34 yaşında karyerasını bitirmək qərarına gəldi.

Rauf isə “zolaqlılar”ın heyətində 1 il oynadıqdan sonra “Qarabağ”a qayıtmaq yox, magistral yollardakı “zolaqlar”ı dəyişməyə başladı. “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Qəbələ”, daha sonra yenidən “Neftçi”, “Səbail” və nəhayət, “Kəpəz”. “Bakı”da Əfranla ayrıldıqdan sonra “Səbail”də yenidən birləşdilər, Səbail qəsri kimi batdılar, oradan da “Kəpəz”in yamacına yuvarlandılar.  Axırda da eyni gündə karyeralarını başa vurdular.

blank

Amma Əfran Raufdan fərqli sonradan “Qarabağ”a qayıtmaqla öz günahını yumağa çalışsa da, Əliyev bu haqda fikirləşmədi.  Harada yaxşı pul verdilərsə, ora yollandı. Amma İsmayılovla müqayisədə Əliyev legioner həyatı yaşamaq qərarına gəldi. Doğrudu, üz tutduğu ölkə çempionatının səviyyəsi Azərbaycan Preymer Liqasından ciddi heç nə ilə fərqlənmirdi. 2017-ci ildə Albaniyaya yola düşərək “Kukesi” ilə müqavilə imzalayan Rauf orada da özünü göstərə bilmədi. Albaniyada keçirdiyi 13 oyuna 3 qol vuran millimizin hücumçusu vətənə dönməyə tələsdi. Gerisini danışmağa dəyməz, çünki təkrarçılığıa yol vermiş olacağıq.

Bəs, nə üçün belə istadadlı futbolçular karyerasının parlaq dövrlərində daha perspektivli futbol ölkələrini yox, pulu seçdi? Bu haqda çox danışarıq, amma onların ürəyindən keçəni deyə bilmərik. Əliyev 3 il əvvəl ölkə mətbuatına açıqlamasında bu nəslin nümayəndələrinin Avropaya üz tutmamasını belə izah etmişdi: “Bizdən əvvəl xaricdə yaxşı karyerası olan futbolçularımız olub. Sonradan müəyyən axsamalar oldu. Elə dövrə gəldik ki, bizim 22-23 yaşımız olanda hamımız təkliflər alırdıq. Ovaxtlar Azərbaycanda böyük məbləğdə pullar vardı. Heç kim risk etmək istəmirdi. Hamı qalıb, burda pulunu qazanmaq istəyirdi. Amma indiki dövrdə getmək bəlkə daha asandı. Ancaq yenə də futbolçuların öz seçimidi. Eləsi var risk etmək istəmir, eləsi də var yaxşı meneceri olmur. Yəni ki, bu problemlər yolu bağlayır. Ancaq Gürcüstan və digər ölkələrdə futbolçunun konkret fikri kənara çıxmaq olur. Baxırsan ki, ortabab oyunçudu, amma Avropanın normal klublarına gedib çıxa bilir. Bunda menecerlərin də rolu böyük olur”.

Təbii ki, hamımızın bildiyi standart sözlər və mənasız bəhanələrdir. Menecer bəhanəsi isə lap gülməlidir. Sanki menecerlərlərlə futbolçuların yolunu hansısa qüvvə bağlayır və bizimkilər də onları tapmaqda çətinlik çəkir. Yaxşı pulun varsa, özünə normal menecer tapa bilərsən. O da səni lazım olan ünvana çatdıracaq. Təbii ki, perspektivi fikirləşirsənsə. Amma nə Raufun, nə də Əfranın belə bir niyyəti olmadı.

blank

Azərbaycan klubları özlərinə gün ağlaya bilmir, futbolçusunu necə inkişaf etdirəcək? Gürcü və ermənilərin legioner həyatı yaşaması üçün çalışdıqları dövrdə bizimkilər “azacıq aşım, ağrımaz başım” prinsipi ilə hərəkət etdilər. İnsaf naminə, aşları da az deyildi…

Hə, indi də futbolumuzun qış fəslini yaşayırıq.  Müstəqilliyimizin ilk illərində, yəni yay deyə adlandırdığımız dövrlərdə 16-18 komandalı çempionatımız var idi. Daha sonra 12 komandalı payız fəsli gəldi. İndi 8-10 komandalı qış fəslinə qədəm qoymuşuq. Ovaxtlar millimizin bütün üzvləri yerli futbol məktəbininin yetirməsi idi. İndiki qış fəslində isə yığmanın start “11-liyinin” əksəriyyəti qıraqdan gəlib. Çünki torpaq qarın altındadır. Əfran və Rauf kimi oyunçular da çıxara bilmirik. Gəl, gəl, a yaz günləri, amma bu dəfə İsmayılov və Əliyev kimiləri özünlə gətirəndə onları xaricə apar…

CAVAD

Reklam

Reklam


blank
Digər idman növləri2023-12-04 13:40

Lekler və Sayns “Ferrari” ilə yeni müqavilələr üzrə danışıqları davam etdirirlər

blank
Digər idman növləri2023-12-04 13:20

Hacıyevadan qran-pridə gümüş medal

blank
Digər idman növləri2023-12-04 12:59

Yığmamız Gürcüstana yollandı

blank
Digər idman növləri2023-12-04 12:33

Azərbaycan çempionatının ilk günündə 31 döyüş keçirilib

blank
Digər idman növləri2023-12-04 12:12

15 şahmatçı Özbəkistana yollanacaq

blank
Ölkə futbolu2023-12-04 11:51

“Neftçi” azarkeşləri qəzəbləndi, şəhidlər unuduldu

blank
Milli komanda2023-12-04 11:35

AÇ: Seçmə mərhələnin oyun təqvimi açıqlandı

blank
Ölkə futbolu2023-12-04 11:14

II Liqada 13-cü turun təyinatları açıqlandı

blank
Dünya futbolu2023-12-04 10:55

Feliks “Barselona”nın oyun tərzini daha çox bəyənir

blank
Ölkə futbolu2023-12-04 10:37

“Səbail” üçün ikiqat yubiley

blank
Ölkə futbolu2023-12-04 10:20

Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşdü

blank
Ölkə futbolu2023-12-04 10:02

14 ildən sonra

blank
Müsahibə2023-12-04 09:45

Yunanov qəhrəman olmaq istəyirmiş: “Öz sözümü demək niyyətindəyəm”

blank
Dünya futbolu2023-12-04 09:28

Avropa Super Liqası: qərar dekabrın 21-də veriləcək

blank
Ölkə futbolu2023-12-04 09:10

Amil qışda klubunu dəyişməyəcək

blank
Premyer-liqa2023-12-04 08:52

“Qarabağ” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2023-12-04 08:35

Çerçesov millimizə yox, “Soçi”yə gedir

blank
Milli komanda2023-12-04 08:17

Azərbaycan yığması Millətlər Liqasında kimlərlə qarşılaşa bilər?

blank
Ölkə futbolu2023-12-04 08:00

“Zirə” dayandı, izləyicilərinin sayı artdı

blank
Dünya futbolu2023-12-04 02:26

“Barselona” “Atletiko”nu məğlub yola saldı

blank
Dünya futbolu2023-12-04 02:05

“İnter” “Napoli”yə böyük hesabla qalib gəldi

blank
Dünya futbolu2023-12-04 01:44

PSJ-dən inamlı qələbə

blank
Dünya futbolu2023-12-04 00:55

“Bayer”lə “Borussiya”dan heç-heçə

blank
Dünya futbolu2023-12-04 00:18

“Beşiktaş”da yeni prezident

blank
Dünya futbolu2023-12-03 23:20

“Mançester Siti”dən “Tottenhem”lə heç-heçə, “Liverpul”la “Çelsi”dən qələbə

blank
Dünya futbolu2023-12-03 22:54

“Beşiktaş” səfərdə xal itirdi

blank
Dünya futbolu2023-12-03 22:08

Şeydayevin komandası səfərdən 1 xalla qayıtdı

blank
Premyer-liqa2023-12-03 21:27

“Qəbələ”nin zədəlilərindən son xəbər

blank
Premyer-liqa2023-12-03 20:57

“Qarabağ”la “Qəbələ”nin 75-ci dueli

blank
Premyer-liqa2023-12-03 20:14

“Zirə” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

Facebook

Gündəm