Dünya futbolu
Daha üç potensial rəqib: “Bohemians”, “Debretsen” və “Gimaraeş”

2023/2024 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin potensial rəqibləri artıb.
II təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlərdə yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına daha 2 komanda qoşulub. Bunlar “Bohemians” (Çexiya) və “Debretsen”dir (Macarıstan). Səpələnməmişlərdə qərarlaşan “Sabah”la “Qəbələ”nin üz-üzə gəlmək ehtimalı olan komandalar sırasına isə Portuqaliya “Gimaraeş”i əlavə olunub.
Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə