Az qala adı dünyanın bütün hücumçuları ilə yanaşı hallanan “Mançester Yunayted” indi də Rasmus Haylanda müştəri düşüb. İngiltərə klubu Danimarka millisinin 20 yaşlı hücumçusu ilə ciddi maraqlanır.

Avropa Çempionatının seçmə mərhələsinin ilk iki turunda məhsuldarlığı ilə seçilən 20 yaşlı futbolçu klubunda da ön plana çıxmağa başlayıb. “Atalanta”da qolları sırlayan gənc istedad bu səbəbdən böyük klubların diqqət mərkəzinə düşüb. İngiltərə nəhəngi də onlardan biridir.

“Mançester Yunayted”ə yaxın mənbələr klubun yayda danimarkalı üçün təklif göndərəcəyini yazır. Lakin “Atalanta”nın ötən yay “Şturm”dan 17,2 milyon avroya alaraq 5 illik müqavilə bağladığı hücumçunu rahatlıqla buraxmayacağı dəqiqdir. Hazırda 35 milyon avro dəyəri olan oyunçunu daha bir il düşərgəsində saxlamaq istəyən İtaliya klubu onu növbəti illərdə satmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp