Layihə
Davamçılarını yetişdirən Avropa çempionu – VİDEO

Son illər taekvondonun ölkəmizdə inkişafı nəzərəçarpan dərəcədədir. Paytaxtla yanaşı, bölgələrdə bu idman növünə maraq yüksək səviyyədədir.
Yevlax rayonunda da taekvondo ilə məşğul olan, uğur əldə edən idmançılar çoxluq təşkil edir. Onlar arasında karyerasını bitirib məşqçilik edən, öz davamçılarını yetirən insanlar da var.
Belə idmançılardan biri olan Nicat Haqverdiyev 1989-cu ildə Yevlax şəhərində anadan olub. Erkən yaşlarında taekvondo ilə məşğul olan Nicatın uğurları da özünü çox gözlətməyib. 2005-ci ildə yeniyetmələr arasında keçirilən Respublika çempionatında uğur qazanan Nicat, İtaliyanın Palermo şəhərində kadetlər arasında təşkil olunan Avropa çempionatına vəsiqə qazanıb. Mötəbər turnirdə bütün rəqiblərini üstələyən Haqverdiyev Avropa çempionatını qızıl medalla başa vurub.

Həmsöhbətimiz qazanılan uğurlarda məşqçilərinin böyük pay sahibi olduğunu və sonradan zədə səbəbi ilə aktiv idmançı karyerasını başa vurduğunu bildirir. Hazırda Yevlax şəhərində fəaliyyət göstərən taekvondo bölməsində məşqçi vəzifəsini icra edən Haqverdiyev həm də hakim kimi respublika səviyyəli yarışlara dəvət olunur. Nicatın ən böyük arzularından biri gələcəkdə hakim kimi ölkəmizi beynəlxalq arenalarında təmsil etməkdir.

Yevlax taekvondo məktəbinin yetirmələri ölkədaxili yarışlarda bir sıra uğurlara imza atıb. Onlar Azərbaycan çempionatlarında və Respublika birinciliklərində rayonun idman şərəfini layiqincə qoruyub, medallarla geri dönməyi bacarıblar.
BƏHRUZ MUSAYEV, Yevlax
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu


Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq