Dünya futbolu
DÇ-2022: Braziliya Almaniyanı geridə qoydu
Futbol üzrə Braziliya millisi dünya çempionatlarının tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi turnirlərdə keçirdiyi oyunların (113) və vurduğu qolların (236) sayına görə Almaniyanı keçərək, liderə çevrilib.
“Sambaçılar” DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreya məğlub edərək (4:1) bu uğura imza atıb.
DÇ-2026-ya qədər yalnız Argentina millisi Braziliyanı keçə bilər.
1/4 final mərhələsində Braziliya yığması Xorvatiya ilə qarşılaşacaq.
Komanda | İştirak sayı | Oyun sayı | Qələbə | Heç-heçə | Məğlubiyyət | Top fərqi | Qazandığı xal |
Braziliya | 22 | 113 | 76 | 18 | 19 | 236-107 | 246 |
Almaniya | 20 | 112 | 68 | 21 | 23 | 232-130 | 225 |
İtaliya | 18 | 83 | 45 | 21 | 17 | 128-77 | 156 |
Argentina | 18 | 85 | 46 | 15 | 24 | 144-96 | 153 |
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu