Digər
DÇ-2022 “CBC Sport”da
DÇ-2022-nin qrup mərhələsinin 8 oyunu “CBC Sport”dan yayımlanacaq. Bu barədə ölkəmizdə yarışın yayım hüququna malik olan İTV məlumat yayıb.
Bildirilir ki, qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır. Ölkə ərazisində çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün “CBC Sport” telekanalı ilə razılaşma əldə edib.
Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu “CBC Sport” telekanalında yayımlanacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı