Dünya futbolu
DÇ-2022-də fasilə: 1/4 finalda bu komandalar qarşılaşacaq

Qətərdə keçirilən dünya çempionatının bu gecə başa çatan 1/8 final mərhələsindən sonra mundialda 2 günlük fasilə yaranıb.
Futbolinfo.az xəbər verir ki, DÇ-2022 bir də dekabrın 9-da 1/4 final oyunları ilə bərpa olunacaq.
Həmin gün Xorvatiya – Braziliya və Niderland – Argentina matçları keçiriləcək. Dekabrın 10-da isə bu mərhələyə Mərakeş – Portuqaliya və İngiltərə – Fransa matçları ilə yekun vurulacaq.
Yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final oyunu isə dekabrın 18-də keçiriləcək.
Xatırladaq ki, 1/4 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər:
9 dekabr
19:00. Xorvatiya – Braziliya
23:00. Niderland – Argentina
10 dekabr
19:00. Mərakeş – Portuqaliya
23:00. İngiltərə – Fransa

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq