Dünya futbolu
DÇ-2022-nin bombardiri sıradan çıxdı

Qətərdəki dünya çempionatının iştirakçılarından olan Ekvador yığması ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, həm bu komandanın, həm də DÇ-2022-nin hazırkı bombardiri Enner Valensiya zədələnib.
33 yaşlı hücumçu qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Niderlandla görüşdə (1:1) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 90-cı dəqiqədə meydanı xərəkdə tərk edib. Valensiyanı Kevin Rodriqes əvəzləyib. Forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Xatırladaq ki, Enner Valensiya 3 qolla dünya çempionatının bombardirləri siyahısında birinci pillədə qərarlaşıb. O, ilk turda Qətərlə görüşdə (2:0) dubl edib və Niderlandla matçda 1 qol vurub.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq